Ermənistan MTX siyasi təqiblər alətidir

2020/02/spt-4-1582194642.jpg
Oxunub: 1242     11:14     03 İyul 2020    
İyulun 1-də Ermənistan parlamentinin keçmiş deputatı Ruben Hakobyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə dəvət olunub.

O, jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan MTX-də bir sənədlə tanış olub.

“Mən bu gün əsasında Nikol Paşinayana qarşı cinayət işinin açılmasını dayandıran bir sənədlə tanış oldum. İş 2018-ci ilin aprel hadisələri ilə bağlı idi. O vaxt Paşinyan Radio Evini tutmuşdu. Mən çox təəccübləndim ki, artıq bu sənəd var, işə xitam verilib”, - deyə Ruben Hakobyan bildirib.

Keçmiş erməni deputat bildirib ki, bugünkü Ermənistan Milli Təhlükəsizlik Xidməti siyasi təqiblərlə məşğuldur, cəmiyyət arasında, xüsusən də aktiv siyasi fəaliyyətini genişləndirən ictimai xadimlər arasında qorxu yaymağa çalışır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   MTX  

Ermənistan MTX siyasi təqiblər alətidir

2020/02/spt-4-1582194642.jpg
Oxunub: 1243     11:14     03 İyul 2020    