2020-ci ilin birinci yarısında Ermənistan ordusunda 27 ölüm hadisəsi qeydə alınıb - İNFOQRAFİKA

2019/07/23599-1562841625.jpg
Oxunub: 2702     16:10     02 İyul 2020    
2020-ci ilin yanvar-iyun aylarında Ermənistan ordusu və işğal edilmiş Qarabağ ərazisində dislokasiya olunan qanunsuz “hərbi birləşmə”də 27 ölüm hadisəsi baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanda yerləşən “Sülh Dialoqu” adlı qeyri-hökumət təşkilatı məlumat yayıb.

2020-ci ilin birinci yarısında Ermənistan və işğal edilmiş ərazilərdəki erməni hərbi birləşmələrinin birgə itkiləri barədə hesabat dövründə qeydə alnanlar;

1 hal təxribata cəhd nəticəsində,
8 hal intihar və ya intihar həddinə çatdırma nəticəsində,
2 hal əsgər yoldaşları tərəfindən qətlə yetirilməsi nəticəsində,
8 hal bədbəxt hadisə nəticəsində,
5 hal səhhətindəki problemlər nəticəsində,
1 hal təhlükəsizlik qaydlarının pozulması və ya xidmətə səhlənkar yanaşma nəticəsində,
1 hal rəsmi səlahiyyətinə səhlənkar yanaşma nəticəsində,
1 hal mina partlayışı nəticəsində baş verib.

Ermənistan Prokurorluğunun verdiyi məlumata görə, 2020-ci ilin yanvarın 1-dən mayın 31-dək qeydiyyata alınan Ermənistan ordusunda (və işğal edilmiş ərazilərdəki qanunsuz “hərbi birləşmə”də) çağırışçı və müqavilə əsasında xidmət edən hərbi qulluqçularının ölümünün 7-si hərbi xidmətlə əlaqəli deyil.

Bu bülletendə qeydə alınan hadisələrdən birində “Sülh Dialoqu” adlı QHT intihar edən, Ermənistan Müdafiə Nazirliyinin müqavilə əsasında qulluq edən hərbi qulluqçunun kimliyini müəyyən edə bilməyib.

Aşağıda 2020-ci ilin birinci yarısında Ermənistan Silahlı Qüvvələrində qeydə alınan ölüm halları baş vermə səbəblərinə görə ardıcıllıqla göstərilib.

Qeydiyyata alınan 27 hadisədən 15 hal Ermənistan ərazisində, 12 hal isə işğal edilmiş Qarabağ ərazisində dislokasiya olunan qanunsuz “hərbi birləşmə”də baş verib.

Ermənistan Müdafiə Nazirliyi yuxarıda göstərilən 10 hadisə ilə əlaqədar rəsmi açıqlama verməyib, buna görə də Müdafiə Nazirliyi (və Qarabağdakı qanunsuz “hərbi birləşmə”) bu hadisələrlə bağlı ilkin məlumat mənbəyi hesab olunmur.

2018, 2019 və 2020-ci illərin birinci yarısında Ermənistan Silahlı Qüvvələrində və Qarabağdakı “hərbi birləşmə”də ölənlərin sayını müqayisə etdikdə məlum olur ki, 2018-ci ilin eyni dövründə 24, 2019-cu ildə 29, 2020-ci ildə isə 27 ölüm hadisəsi olub.

2018, 2019 və 2020-ci illərin birinci yarısında Ermənistan Silahlı Qüvvələrində və Qarabağdakı qanunsuz “hərbi birləşmə”də ölənlərin sayının müqayisəsi:

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Ölüm-halları  

2020-ci ilin birinci yarısında Ermənistan ordusunda 27 ölüm hadisəsi qeydə alınıb - İNFOQRAFİKA

2019/07/23599-1562841625.jpg
Oxunub: 2703     16:10     02 İyul 2020    