Paşinyan yeganə günahkar Rusiyanı hesab edəcək

2020/07/515-1593679326.jpg
Oxunub: 1382     10:09     03 İyul 2020    
“Fırıldaqçılar üçün son vasitə vətənpərvərlikdir” deyimi 2016-cı ilin iyul ayının sonlarında Ermənistanda yenidən canlandı. Həmin vaxt polis alayını ələ keçirən bir qrup terrorçu polisi öldürüb, girov saxlayıb, o cümlədən köməyə gələn həkimləri də girov götürüb, bankomatı qarət edib və hakimiyyətə təslim olarkən qəflətən vətənpərvərlik və anti-Rusiya ifadələri səsləndirməyə başlamışdılar.

Ermənistanın nüfuzlu “168.am” nəşri yazır ki, hazırda bu hiylə Paşinyanın xoşuna gəlib.

“Hakimiyyəti ələ keçirdikdən sonra Rusiyaya qarşı bir və ya iki açıq aydın demarş etdi, məsələn Yuri Xaçaturovun KTMT-dən çıxması, nümayişkaranə şəkildə İrəvana gələn Putini qarşılamağa getmədi və bununla da özünü anti-Rus ehtiyat siyasət elan etdi. Bu arada, əslində, hakimiyyət dəyişikliyinin ilk günlərindən Rusiyadan onun legitimliyinin tanınmasını xahiş edirdi. Rusiya öz “dabrosunu” verdi, ama niyə razılıq verdiyi başqa müzakirə mövzusudur.

Sonra, işlədiyi dövrdə Rusiya, vəzifədə olduğu müddətdə daxili və xarici siyasətdəki kobud səhvlərə görə davamlı olaraq yumşaq və ya sərt sözlərlə ona münasibətini bildirib. Lavrovun Nikol Paşinyanın Qarabağ danışıqlarının məzmunu ilə əlaqədar vətəndaşlarını aldatması, qazın qiymətinin qaldırılması və yüksək vəzifəli erməni qaçaqmalçılarının Voronejdə siqaret satmasına qadağa qoyması barədə açıqlamaları bu cür siyasi sillə və sarsıntıların yalnız bir hissəsidir”, - deyə nəşrdə dərc olunan məqalədə qeyd olunub.

Müəllif yazır ki, bu ittihamların hamısı cavabsız qalıb və Paşinyanın sadəcə bu ittihamlara qarşı cavabı yoxdur.

“Siyasi və inzibati xətalar isə getdikcə daha da pisləşir, bunu düzəltmək əvəzinə hökumət yeni günahkarları axtarır.

Son günahkar baş nazirinə qulaq asmayan və maska taxmayan erməni xalqı oldu. Üstəlik, bu erməni xalqı şikayət edir ki, tənəzzül zamanı heç bir sosial güzəşt olmur, xəstələr evlərdə ölür, çünki onlar yalnız “Cənab Ölüm” tərəfindən seçilmişlər ağzına kimi dolu xəstəxanalarda müalicə oluna bilər, Nikol Paşinyan isə həftədə bir neçə dəfə konstitusiya çevrilişi gercəkləşdirir. Sanki, bu “günahı” xalqın üzərinə qoymaq seçimi artıq işləmir, hakimiyyət öz səhvlərinə görə yeni bir cavabdeh tapmalıdır.

Paşinyan hökuməti Ermənistanın dünya ilə əlaqəsini kəsdi, heç bir ciddi beynəlxalq tərəfdaş onunla qısamüddətli planlar həyata keçirməyə və ya uzunmüddətli perspektivlərə sahib olmaq istəmir. Dünya ilə yeganə əlaqə vasitəsi olaraq Rusiya qalıb. Rusiya da geosiyasi missiyasını qavrayaraq hakimiyyətlə işləməyə davam edir. Həmişə Rusiyadan ciddi asılılığa qarşı çıxmışam, amma qeyd etməyə bilmərəm, bu asılılığın indi yürüdülən siyasət nəticəsində təhlükəli şəkildə artdığını görürəm”, - deyə müəllif bildirir.

Qeyd etmək lazımdır ki, bununla paralel olaraq, Ermənistanda evdarlıq səviyyəsində, sürünən anti-Rus tendensiyası artır. Ermənisan hakimiyyəti, məsələn, Rusiya kanallarının efirdən çıxarılması ilə və ya Avropaya gedən, ancaq səsvermə düymələrini qarışdıran deputatlarla, Moskvanı hər hansı bir xarici siyasət səhvində günahlandırmağa hazır olan müxtəlif QHT-lər, daxili siyasətdə isə KQB-nin, məzhəblərin və dəlisov bir professorun, habelə azadlığının qarantı onların anti-Rus düşüncəsi olan terror təşkilatlarının üzvləri ilə buna töhvə verir.

“İndi hökumətin meylləri nəzərə çarpır, bu da Rusiyanı səhvlərində günahkar elan etməyə çalışmasıdır. Hakimiyyət, bir “sehrli çubuq” zərbəsi ilə düymələri “qarışıq” salan deputatları, QHT-ləri və terrorçuları feyklər ordusuna inqilabın yetirmələrini, Lulunu əlavə edəcək və Overtonun pəncərəsi daha geniş açılacaq. Dərhal buna “vətənpərvərlik” əlavə edəcəklər və indiki şəraitdə bu anti-rusçuluq mənasını verəcək, nəticədə böhran vəziyyətinə görə nə Nikolun, nə də şəbəkələrinin günahkar olmadığını, buna görə Rusiyanın günahkar olduğunu bildirəcəklər. Rusiyanı günahkar elan etmək, hakimiyyət tərəfindən atılan son güllə olacaq, ancaq təhlükə budur ki, bu güllə indi Ermənistanı məhv edəcək”, - deyə nəşrdə dərc olunan məqalədə qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Böhran  

Paşinyan yeganə günahkar Rusiyanı hesab edəcək

2020/07/515-1593679326.jpg
Oxunub: 1383     10:09     03 İyul 2020    