Erməni zabit etiraz edir: “6 gün keçib, amma hələ pulu almamışam”

2020/07/image-1593677697.jpg
Oxunub: 1434     13:16     02 İyul 2020    
İyunun 15-də Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsinin 4-cü Qarnizon İstintaq Bölməsində Cinayət Məcəlləsinin 353-cü maddəsinin 1-ci bəndinə əsasən (qanuni qüvvəyə minmiş məhkəmə qərarının, hökm və ya digər məhkəmə aktının, məhkəmə aktında müəyyən edilmiş müddət ərzində, yaxud vaxt təyin edilmədiyi halda məhkəmə qərarı qüvvəyə mindikdən sonra 1 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri tərəfindən şüurlu şəkildə icra edilməməsi) cinayət işinin açıldığı barədə məlumat verilmişdi.

Cinayət işi ehtiyatda olan erməni zabit Tsolak Xaçatryan tərəfindən Ermənistan Müdafiə naziri David Tonoyana qarşı, yol verilmiş cinayət iddiası əsasında başlanılıb. Tonoyanın cinayət işi ilə bağlı heç bir statusu yoxdur, Tsolak Xaçatryan isə zərərçəkmiş kimi tanınıb.

Xaçatryan, Müdafiə Nazirliyi tərəfindən çağırıldığını və 14 milyon dramın köçürülməsi üçün hesab nömrəsini istədiklərini, məhkəmə qərarının isə 22 yanvar 2020-ci ildən qüvvədə olduğunu bildirib. Xaçatryan bildirir ki, hesabı göndərməsindən 6 gün keçib, amma pulu hələ almayıb. Xaçatryan KİV-lərə bu barədə bir məktub da göndərib.

“19.06.2020 tarixində, Ermənistan Müdafiə Nazirinin sözçüsü xanım Şuşan Stepanyan, Ermənistan İnzibati Apelyasiya Məhkəməsi tərəfindən VD/5524/05/16 saylı inzibati iş üzrə verilən və 22.01.2020-ci il tarixindən qüvvəyə minmiş məhkəmə aktının tələblərinin Ermənistan Müdafiə Nazirliyi tərəfindən yerinə yetirilməməsi ilə bağlı müvafiq prosedurlar tamamlanıb və faydalanan şəxs tərəfindən bank şərtlərini təmin etdikdən sonra hökmün icrası yaxın gələcəkdə həyata keçiriləcək”, - deyə öz “Facebook” səhifəsində və müxtəlif media orqanlarında bəyan edib.

Ermənistan MN-in rəsmisinin dediyindən belə məlum olur ki, qüvvəyə minmiş məhkəmə hökmünün icrası məqsədilə vəsaitin köçürlməsi üçün yalnız Tsolak Xaçatryanın hesab nömrəsini dəqiqləşdirməsi qalıb.

19.06.2020-ci il saat 12:00 radələrində “[email protected]” elektron ünvan vasitəsilə Ermənistan MN-in tələb etdiyi hesab nömrəsi göndərilib.

Lakin bugünədək qanuni qüvvəyə minmiş Məhkəmə hökmü icra olunmamış qalmaqda davam edir.

Beləliklə qeyd edilən hökmün icrası barədə məlumat verərkən, guya prosedurların başa çatdığı və yalnız şikayətçi tərəfindən bank hesab nömrəsinin təqdim edilməsi tələb olunduğunu bildirməklə Ermənistan MN-in rəsmi nümayəndəsinin dezinformasiya yaydığı məlum olur.

Xatırladaq ki, keşmiş erməni zabit Tsolak Xaçatryanın şikayəti əsasında çıxarılan məhkəmə hökmü istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın və buna görə cərimələrin ödənilməsini nəzərdə tutur. Bu vəsait təqribən 14 mln dram təşkil edir.

Məsələ ilə bağlı göndərilən sorğuya Ermənistan Müdafiə Nazirliyindən də cavab verilib.

“Qanunla ona verilmiş səlahiyyətlər çərçivəsində müdafiə naziri məhkəmənin qanuni hökmünün icrası üçün müvafiq tədbirlər görüb. Məhkəmənin qərarı qanunun icrasını təmin etmək məqsədi daşıyır və qanunla müəyyən edilmiş prosedurların icrası müəyyən müddət tələb edir. Qeyd etmək lazımdır ki, Müdafiə Nazirliyinə ayrılan büdcə vəsaitlərinin hər qəpiyi praktiki əhəmiyyətə malikdir və Tsolak Xaçatryan və digər hərbçilərin ehtiyaclarını ödəmək, yol verilmiş çatışmazlıqlar, həll olunmamış hüquqi məsələlərlə bağlı xərclər daxil edilməyən xüsusi bir proqramın həyata keçirilməsi üçün nəzərdə tutulmayıb. Yalnız Tsolak Xaçatryan baxımından deyil, həm də qanuni qüvvəyə minmiş bir sıra digər məhkəmə aktlarının icrasını təmin etmək üçün Müdafiə Nazirliyi müəyyən proqramlarda ixtisarları həyata keçirməli idi. Bu məqsədlə Ermənistan Müdafiə Nazirliyi müəyyən olunmuş qaydlarla yazda büdcə vəsaitlərinin yenidən bölgüsünü həyata keçirib. Müvafiq prosedurlar tamamlanıb və faydalanan tərəf bank şərtlərini təmin etdikdən sonra hökm yaxın gələcəkdə icra ediləcək. Cinayət işinin başlanmasına gəlincə, hələlik bu barədə rəsmi məlumat verilməyib. Bundan əlavə, nazirə qarşı cinayət işi açıla bilməz, faktla bağlı cinayət işi başlanıla bilər”, - deyə Ermənista Müdafiə Nazirliyi bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Etiraz   Ermənistan-ordusu  

Erməni zabit etiraz edir: “6 gün keçib, amma hələ pulu almamışam”

2020/07/image-1593677697.jpg
Oxunub: 1435     13:16     02 İyul 2020    