Məmmədyarov və Mnatsakanyan qısa çəkən videokonfrans zamanı nə danışıblar? - EKSPERT

2020/07/mnaca-1593677312.jpg
Oxunub: 1675     14:36     02 İyul 2020    
Bir ay yarım fasilədən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri təxminən 1 saat davam edən növbəti Məmmədyarov-Mnatsakanyan videokonfransını keçiriblər.

Rus hərbi-siyasi analitik Pavel Felqenqauer Qarabağ münaqişəsinin həll prosesinin son hadisələrini və iki videokonfransın nəticələrini qiymətləndirərək müsbət fakt kimi qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sərhəd və cəbhə xəttində müəyyən sabitlik qorunur.

Onun sözlərinə görə, bununla belə, kəskin hərbi ritorika var və bu, hədsiz dərəcədə təhülkəli amildir, atəşkəsin qorunmasına təhlükə yarada bilər.

“Videokonfranslar zamanı hansı ciddi məsələlərin müzakirə oluna biləcəyini təsəvvür etmək çətindir, düşünürəm ki, bu ünsiyyətlər zamanı vurğu tərəflər arasında ünsiyyətləri saxlamaq zərurətinə qoyulur. Həmsədrlər qeyd edirlər ki, ünsiyyətlərin dayanması hərbi ritorikanın gərginləşməsinə gətirib çıxarır və daha öncə əldə olunmuş razılaşmaları təhlükə altında qoyur. Düşünürəm ki, həmsədrlər bu konfransı məhz bu məqsədlə təşkil etmişdilər”, - deyə Felqenqauer bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ  

Məmmədyarov və Mnatsakanyan qısa çəkən videokonfrans zamanı nə danışıblar? - EKSPERT

2020/07/mnaca-1593677312.jpg
Oxunub: 1676     14:36     02 İyul 2020    