Paşinyan “qırmızı xətti” keçdi: Müxalifət qüvvələrinin birləşməsi qaçılmazdır

2020/07/54545-1593673025.jpg
Oxunub: 1403     11:55     03 İyul 2020    
Koronavirusun dünya gündəmini dəyişdirdiyini, dünya iqtisadiyyatının geriləmə yaşadığını və bunun qarşılıqlı əlaqəli dünyada hər bir ölkəni vurduğunu söyləyirlər, dünyada psixologiyadan iqtisadiyyata qədər hər şey dəyişdi deyirlər.

Ermənistanın “Tert.am” nəşri yazır ki, hər şey dəyişsə də, dəyişməz qalan məqam Ermənistanda Hrayr Tovmasyan probleminin həll edilməməsidir.

“Deməyə ehtiyac yoxdur, biz bununla koronavirusa qarşı necə mübarizə aparacağıq və ya aclıq astanasında olan insanlara nə yedizdirəcəyik? Bunlar mənasız xəyali məşqlərdir, bu addımla Paşinyan demək istəyir ki, vulkan, sunami və ya epidemiya da olursa-olsun, birdən kimsə bunu geri addım atma və zəiflik əlaməti hesab etməsinlər deyə niyyətimdən geri çəkilməyəcəyəm”, - deyə məqalədə qeyd olunub.

Müəllif bildirir ki, koronavirusla mübarizə, sosial-iqtisadi nəticələrini azaltmaq üçün birləşmək mövzusuna gəldikdə mümkün deyil.

“Hökumətin bir qolu hökumətin digər qolunun məsələsini qanunsuz yolla həll etməyə çalışırsa, o halda necə bir ölkə daxilində birləşmək olar? Buna etiraz edənlər isə anti-inqilabçı korrupsioner və quldurlar hesab olunur.

Əgər bir adam hər kəsi özündən uzaqlaşdırarsa, o halda insanlar bu adamın ətrafında birləşməz, belə olan halda ölkənin bu həlledici anında həmin şəxsə qarşı birləşəcəklər və bu şəxs Nikol Paşinyandır”, - deyə müəllif bilririr.

Məqalədə qeyd olunur ki, Paşinyanın arqumentləri çox inandırıcı deyil, onun fikrincə əvvəlki hakimiyyətin qəbul etdiyi qanunlar və təyin etdikləri hakimlərlə qanunsuzluqlara qarşı mübarizə aparmaq və qanun çərçivəsində hərəkət etmək olmaz.

“Nə baş verir? Paşinyan və komandası “qırmızı xətti” keçdi, qanun qəbul edərək konstitusiya quruluşunu devirdi və bu, istefa etdikdən sonra qaçılmaz olaraq məsuliyyətə cəlb ediləcəkləri ağır cinayətdir.

Baş nazir vəzifəsini sonsuzluğadək saxlaya bilməyəcəyini çox yaxşı başa düşür, özü isə 45 yaşındadır, bir şey göz qabağındadır, özünə qarşı məsuliyyətsiz münasibəti var. Hər hansı bir ölkədən siyasi sığınacaq istəyəcək və bununla məsuliyyətdən yayınacaq, yoxsa məhkəmə qarşısında cavab verməkdən çəkinmirsə bu da eyni, məsuliyyətsizlikdir. Gələcəyi məhz öz yürütdüyü siyasəti nəticəsində qeyri-müəyyən olan bir şəxsə ölkənin bu günü və gələcəyi etibar edilə bilməz.

İlk müttəfiqi, dünənki rəqibi və bugünkü gizli tərəfdarı “Parlaq Ermənistan” partiyası Paşinyana hüquqi sehrlə xidmət etsə də, məsələ bununla həll edilmir, çünki hüquqi əks-hücum bir addımla məhdudlaşmayacaq və siyasi mübarizə düzgündür. Bu məqam keçmiş müxalifətdəki ziddiyyətli qüvvələri birləşdirəcək, çünki ölkəmizin təhlükəsizliyi təhlükə altına alınır. Bu böyük məsələnin üstündə hansı kiçik fikir ayrılıqları qaldırıla bilər?

“Qırmızı xətti” keçdikdən sonra, məsuliyyətdən qaçılmazlıq məlum olduqda, Paşinyan bundan sonra hər gün qanunu poza bilər, ölkədə diktatura qura bilər, hətta ona qarşı mitinq keçirənlərə qarşı güc tətbiq edə bilər, hətta qan tökməyi də gözə ala bilər, elə deyilmi? Axı, ona qarşı üsyan edənləri təsnif etmək və artıq bu məsələdə obyektiv narazılığı təsbit etməyin bir yolunu tapıb. Başqa sözlə, ona qarşı çıxan xalq, sadəcə inqilabın nailiyyətlərini devirmək istəyən inqilabın keçmiş düşmənlərinin muzdlularıdır. Belə olan halda qan tökməklə yüksək dəyərlər xilas edilmiş olur. Paşinyan bu cür zəmin hazırlayır ki, xalqın adından xalqa qarşı güc tətbiq etməyə haqq qazandıra bilsin. Təsadüfi deyil ki, Paşinyan artıq ölkəmizdə müharibə olduğunu və rəqiblərlə müharibə qanunu ilə davranılmalı olduğunu bəyan edib. Fransa prezidenti Makron tərəfindən də koronavirusla mübarizənin müharibə adlandırıldığını nəzərə alsaq, Paşinyana haqq qazandırmaq ciddi olmazdı. Çünki pandemiyanın bu uzun günlərində dünyanın müxtəlif ölkələrinin liderləri bir çox fikirlər söyləyiblər, hətta ziddiyyət təşkil edən fikirlər də olub və bütün bunları bir kənara qoyaraq, bir liderin fikrinə əsaslanmaq, bu, tam istədiyinizi ifadə kimi qələmə verilə bilər. Makron bunu məcazi mənada deyirdi, Paşinyan isə bunu yaxşı qəbul edib və bununla da siyasi rəqibləri qorxutmaqda davam edir.

Ölkəmizin bu fəlakətdən xilas olmaq üçün çox vaxtı yoxdur, hər gün bizi uçurumun astanasına daha da yaxınlaşdırır, əgər itkilər hələki geri qaytarılmaz deyilsə, o zaman heç kim bilmir ki, nə zaman qaytarılmaz olacaq və vəziyyəti xilas etmək mümkün olmayacaq. Geri sayım başlayıb, cənablar, tələsmək lazımdır”, - deyə məqalədə bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Böhran  

Paşinyan “qırmızı xətti” keçdi: Müxalifət qüvvələrinin birləşməsi qaçılmazdır

2020/07/54545-1593673025.jpg
Oxunub: 1404     11:55     03 İyul 2020    