Erməni deputat təşvişdə: “Azərbaycanın məqsədi hərbi əməliyyatların yenidən başlanmasıdır”

2020/07/96780-1593677880.jpg
Oxunub: 1318     12:23     02 İyul 2020    
İyunun 30-da Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında videokonfrans baş tutub.

Videokonfrans ATƏT-in Minsk qrupunun həmsədrlərinin, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə keçirilib.

Ermənistanın “Orbeli” Mərkəzinin eksperti Narek Minasyanın sözlərinə görə, təşkil olunmuş videokonfransın əsas səbəblərindən biri ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də qeydə alınmış son dövrdə gərginliyin artması idi və bu onlayn görüşün təşkil olunması gərginliyin müəyyən qədər zəiflədilməsi məqsədini güdürdü.

Ermənistan parlamentinin “Mənim Addımım” fraksiyasının deputatı Tatev Hayrapetyan qeyd edib ki, Azərbaycanın məqsədi hərbi əməliyyatların yenidən başlanmasıdır və Azərbaycan buna başlamamağı beynəlxalq vəziyyətlə əsaslandırır.

Onlar qeyd edib ki, Ermənistan istənilən ssenariyə hazır olmalıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Azərbaycan   ATƏT  

Erməni deputat təşvişdə: “Azərbaycanın məqsədi hərbi əməliyyatların yenidən başlanmasıdır”

2020/07/96780-1593677880.jpg
Oxunub: 1319     12:23     02 İyul 2020    