“Oshkosh” ABŞ ordusuna daha 248 ədəd yüngül taktiki vasitə istehsal edəcək

2020/07/oshko-1593682999.jpg
Oxunub: 1495     19:38     02 İyul 2020    
Pentaqon ABŞ ordusu, dəniz piyadaları və Dövlət Departamentinə daha 248 ədəd yüngül taktiki nəqliyyat vasitəsi (JLTV) istehsal etməsi üçün “Oshkosh Defense” şirkəti ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, müqavilənin dəyəri 127.7 milyon ABŞ dollarıdır. Nəqliyyat vasitələri 2022-ci ilin yanvar ayınadək təhvil verilməlidir.

Qeyd edək ki, şirkət ABŞ ordusu üçün indiyədək 7500-dən çox bu cür nəqliyyat vasitələri istehsal edib.

Nəqliyyat vasitəsi ağır pulemyot, 30 mm-lik tank əleyhinə raket sistemləri, zenit-raket sistemləri, pilotsuz uçuş aparatları sistemləri və antidron sistemləri ilə təchiz edilə bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Pentaqon   Oshkosh  

“Oshkosh” ABŞ ordusuna daha 248 ədəd yüngül taktiki vasitə istehsal edəcək

2020/07/oshko-1593682999.jpg
Oxunub: 1496     19:38     02 İyul 2020    