İsrail şirkəti “Drone Guard” antidron kompleksinə PUA-lar əlavə edəcək

2020/07/22222-1593675622.jpg
Oxunub: 1239     11:42     02 İyul 2020    
İsrail Aerokosmik Sənayesi (IAI) şirkəti “Drone Guard” adlı antidron komplekslərinə “Iron Drone” şirkəti tərəfindən istehsal olunan PUA-lar əlavə edəcək.

Ordu.az xəbər verir ki, bunun üçün şirkətlər müqavilə imzalayıb.

Antidron sistemi hava məkanına qanunsuz daxil olan dronları ələ keçirmək və ya məhv etmək üçün artıq PUA-lardan istifadə edəcək.

“Drone Guard” radiotezliklər və GPS siqnalları ilə təhdidləri aşkar etmək və izləmək üçün radar və elektro-optik (EO) sistemlərdən istifadə edir. Sistem hədəfi müəyyən etdikdən sonra operator PUA-nı hədəfə doğru göndərir və hədəfə çatan zaman onu kilidləyərək ələ keçirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsrail   Ordu   PUA  

İsrail şirkəti “Drone Guard” antidron kompleksinə PUA-lar əlavə edəcək

2020/07/22222-1593675622.jpg
Oxunub: 1240     11:42     02 İyul 2020    