Putin, Ruhani və Ərdoğandan Suriya bəyanatı

2020/07/7bdc4-1593611365.jpg
Oxunub: 1617     17:47     01 İyul 2020    
Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan Suriyaya məxsus neft gəlirlərinin qanunsuz olaraq ələ keçirilməsini qəbulolunmaz hesab edirlər.

Ordu.az xəbər verir ki, bu barədə Kremlin saytında dərc edilmiş üç liderin görüşünün yekun bəyanatında deyilir.

Bəyanatda vurğulanıb ki, prezidentlər Suriyanın şimal-şərqindəki vəziyyəti müzakirə edib və bu sahədə sabitliyin, təhlükəsizliyin yalnız ölkənin suverenliyinə, ərazi bütövlüyünə hörmət əsasında əldə edilə biləcəyini vurğulayıblar.

"Bu məqsədlə səylərin əlaqələndirilməsini razılaşdırdıq, eyni zamanda neft gəlirlərinin qanunsuz olaraq ələ keçirilməsi və ötürülməsinin qəbuledilməz olduğunu bildirdik. Bu, Suriya xalqına məxsusdur”, - deyə birgə bəyanatda qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Rusiya   İran  

Putin, Ruhani və Ərdoğandan Suriya bəyanatı

2020/07/7bdc4-1593611365.jpg
Oxunub: 1618     17:47     01 İyul 2020    