Ermənistanın Rusiya ilə münasibətləri pozulur

2019/10/00-45-1571037880.jpg
Oxunub: 1900     17:48     01 İyul 2020    
“Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın hakimiyyətinin ilkin dövründə atom stansiyasının bağlanması üçün hər şey edildiyini xatırlayırsınız?”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın nüfuzlu “Hraparak” nəşri yazıb.

Atom stansiyası isə ermənilər üçün təkcə enerji yox, həm də fiziki təhlükəsizlik məsələsidir. Vaxtilə atom stansiyası bağlanıb, daha sonra Ermənistan hakimiyyəti başa düşüb ki, atom stansiyası olmadan mümkün deyil.

Rusiya da bu məsələdə maraqlı idi, Ermənistan Rusiya və “Rosatom” ilə müqavilə imzalayıb, sonuncu təmir işlərini üzərinə götürüb, kredit verib, indi isə Ermənistan hakimiyyəti rus kreditindən imtina edib.

Enerji məsələləri üzrə erməni ekspert “Hraparak” nəşrinə bildirib ki, hansısa mərhələdə atom stansiyası bağlanma təhlükəsi qarşısında dayanacaq, Ermənistan yenidən sərinkeşlər erasına qayıdacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya   Böhran  

Ermənistanın Rusiya ilə münasibətləri pozulur

2019/10/00-45-1571037880.jpg
Oxunub: 1901     17:48     01 İyul 2020    