“Metsamor AES-in təmirinin davam etdirilməsini heç bir şəkildə qələbə kimi təqdim etmək olmaz” - Banin

2020/07/111-1593604469.jpg
Oxunub: 1722     16:07     01 İyul 2020    
“Ermənistan hakimiyyətinin Metsamor Atom Elektrik Stansiyasının təmiri üçün zəruri rus kreditindən imtina etməsi ilə bağlı bəyanatlara baxmayaraq, rəsmi Rusiya bu barədə bildiriş almayıb”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyada fəaliyyət göstərən “Qafqaz” geosiyasi klubunun rəhbəri Nikolay Banin qeyd edib.

Onun sözlərinə görə, atom stansiyasının işləməsi üçün kreditin qalan hissəsinin verilməsinə dair Moskva ilə danışıqlar hələ də gündəmdədir.

“Ermənistan tərəfindən büdcə vəsaitləri ilə atom stansiyasının təmirinin davam etdirilməsini heç bir şəkildə qələbə kimi təqdim etmək olmaz”, - deyə Banin bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Metsamor   Atom   Ermənistan  

“Metsamor AES-in təmirinin davam etdirilməsini heç bir şəkildə qələbə kimi təqdim etmək olmaz” - Banin

2020/07/111-1593604469.jpg
Oxunub: 1723     16:07     01 İyul 2020    