Ermənistan polis sistemində “bespredel”: 27 yaşlı hərbçini döyüblər

2020/07/04551-1593590550.jpg
Oxunub: 1734     17:16     01 İyul 2020    
Erməni KİV-lərində Stepanavan və Taşir polis idarələrində “bespredel”lik haqqında məqalələrin nəşrindən sonra Qevork Muradyan KİV-lərlə ilə əlaqə saxlayıb. 27 yaşlı hərbçi iki ay əvvəl məhz elə şöbə rəisi Artak Qyurcanyanın əlindən əziyyət çəkdiyini və polis rəisinin başçılığı ilə Stepanavan şöbəsində işgəncələrə məruz qaldığını söyləyib.

“Cari ilin 8 aprel tarixində evimizə üç polis əməkdaşı gəldi və onlarla birlikdə şöbəyə getməyimi xahiş etdilər, guya rəis Qyurcanyan çağırır. Onun rütbəsinə və vəzifəsinə hörmət edərək getdim․Düzdü, getməkdən yayınmaq üçün heç bir problemim yox idi. Şöbəyə girər-girməz axtarışa başladılar. Dedilər ki, bəs səni soyğunçuluğa görə gətirmişik. Dedim ki, hər şeydən öncə məni gətirməmisiniz, öz iradəmlə gəlmişəm. Sonrası da məni nə tanış etmisiniz, nə də yerində nə üçün çağırıldığıma dair xəbərdar etmisiniz dedim. Bundan sonra heç bir söz demədən döyməyə, sındırmağa başladılar”, - deyə Qevork baş verənləri danışıb.

Onun sözlərinə görə polis rəisi Qyurcanyan Artak cinayət şöbəsinin rəisi Mher Manuçaryan, idarə rəisi Tiqran Karapetyan və əməliyyat üzrə müavin Çivçyan Aram işgəncə vermə yolu ilə törətmədiyi cinayəti boynuna almağa məcbur ediblər.

“Soyğunçuluğu sən etmisən boynuna al, deyə elə döyür, sındırır, divarlara vururdular ki, dözmək çətin idi. Məndə başqasının törətdiyini öz boynuma almağa fikrim yox idi. Bu məqam onları daha da qəzəbləndirirdi və cinsi xarakterli söyüşlər söyməyə başlayırdılar. Niyə, deyə soruşurdum, deyirdilər ki, yaxşı edirik. Məndə bağırırdım, deyirdim istərsəniz günlərlə saxlayın, mən başqasının törətdiyini boynuma almayacağam”.

Muradyan polis şöbəsində təzyiq və təhqir altında 13 saata yaxın saxlanılır. Həmin müddət ərzində ona məlum olur ki, onun boynuna atmaq istədikəri “razboy” 14 mart tarixində baş verib. Qevork Muradyan hadisənin baş verdiyi tarixdən 1 ay sonra polisə gətirilməsini qəribə hesab edir. Şöbədə həmin gün harada olması, nə işlə məşğul olması və ya ümumiyyətlə hər hansı bir hadisə üzrə heç bir izahat, ifadə alınmır.

Polis şöbəsindən çıxan kimi ərazi poliklinikasına müraciət edir. İşgəncələrə məruz qalarkən aldığı xəsarətlərlə yanaşı sol qulaq pərdəsinin 4-5 mm ölçüdə yırtıldığı da məlum olur. Bunu məhkəmə tibbi ekspert həkimi də qeydə alıb.

Poliklinikaya müraciəti barədə polisə məlumat verildikdən sonra Qevork Muradyanı təkrarən polisə çağırırlar.

Onun sözlərinə görə bu iş üzrə bir çox insanı “polisə aparıb, döyüb, işgəncə verib və təhdid ediblər”. Bunların arasında hazırda həbsdə olan və “Vanadzor” CÇM-də saxlanılan Qevork Muradyanın qardaşı da var.

“Qardaşımı da qyni şəkildə tutub, döyüb və heç bir sübut olmadan işgəncə veriblər. Ancaq onun boynuna qoydular. Ancaq əminliklə deyirəm ki, biz bu cinayətdə iştirak etməmişik, qoy gedib əsl cinayətkarları axtarıb həbs etsinlər. Mən sonadək şikayət edəcəm, bütün bu baş verənlərə hüquqi qiymət verilməsini tələb edəcəm”, deyə Muradyan bildirib.

Muradyan işgəncəyə məruz qalması barədə Xüsusi İstintaq Xidmətinə də ərizə ilə müraciət edib. Xidmətdən bildirilib ki, baş verənlərlə bağlı cinayət işi açılıb və Muradyan zərərçəkən kimi tanınıb.

Açılan cinayət işi üzrə Manuçaryan və Çivçyanla, üzləşmə keçirilib. Qyurcyan və Karapetyanın vacib işlərinin olması səbəbindən üzləşmə hələlik keçirilməyib. Qvorkun fikrincə üzləşməyə gəlməyənlər sadəcə istintaqdan yayınıblar.

“Bu şöbədə çox pis vəziyyət yaranıb. Hamı da bilir ki, bu şöbədə özbaşınalıqdır, “bespredel” hökm sürür. İnsanlar bu şöbəyə üz tutmaqdan yayınırlar, həddindən artıq məcbur olduqda döyülməmək üçün vəkil ilə birlikdə gedirlər. Mən hər hansı iş üzrə şübhəli olduğumu bilsəydim, heç vaxt vəkil olmadan getməzdim”.

Qeyd edək ki, Stepanavan və Taşir polis şöbələrində baş verən zorakılıqla bağlı erməni KİV-lərinin daha öncə göndəridiyi sorğulara Polis idarəsindən cavab verilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Polis  

Ermənistan polis sistemində “bespredel”: 27 yaşlı hərbçini döyüblər

2020/07/04551-1593590550.jpg
Oxunub: 1735     17:16     01 İyul 2020    