Paşinyanın “ötürmə” oyununa QISA BAXIŞ

2020/05/bda6d-1590940949.jpg
Oxunub: 1570     16:32     01 İyul 2020    
Ötən həftə Ermənistanın daxili siyasi oxunun əsasını Konstitusiya Məhkəməsi ətrafında baş verən hadisələr təşkil edirdi, hamı hakim partiyanın Ermənistanda konstitusiya çevrilişinin necə həyata keçirdiyinin, necə baş verdiyini gördü. Paşinyan yenidən referendumun mümkünsüz olduğunu başa düşərək, digər mənasız və qanunsuz hərəkətə əl atdı, öz parlamentdəki fraksiyasını konstitusiya quruluşunu devirməyə məcbur etdi.

“168.am” nəşri yazır ki, ötən gün o, növbəti nitqi ilə növbəti sərhədləri çəkdi, aydın şəkildə siyasi sahədə fəaliyyət göstərən bütün qüvvələri hədəf aldı (İşıqlı Ermənistan partiyası ilə yaxıınlığı fonunda Paşinyanın tənqidi xeyli azaldı). Özünü monarx elan edən icra orqanı rəhbərinin ölkənin konstitusiya quruluşunu devirmə prosesini necə qanuniləşdirməyə başladığını aydın şəkildə gördük.

“Əlbəttə ki, Paşinyan tərəfindən parlament tribunasının müxtəlif növ söyüş və ədəbsiz ifadələr üçün yer olmadığı məlumdur. Bu ifadələr müxalif deputat Paşinyanın çıxışlarına daxil ola bilərdi, amma Paşinyanın çıxışlarında yox. Paşinyanın çıxışına nəzər saldıqda, insanın özünü ən yüksək həqiqət olduğunu elan edən və simasının kəsilməz və anlaşılmaz bir xalq fikri ilə eyniləşdirdiyi, iradəsinin tükənməz və mütləq olduğuna dair sadə həqiqətə rast gəlirik.

Paşinyanın çıxışından 2018-ci ilin mühitində eyforiya içində qaldığı bəlli idi, amma ictimai əhval-ruhiyyə iki il əvvəl olduğu kimi deyil.

Mövcud hökumətin “xalq” adından danışan bir liberal ritorikası var, amma hərəkətlər, eyni zamanda, anti-populyar və müxalifət təhdidləri ilə doludur, məhkəmələr hədəfə alınır, müxalifət “məhv edilməli” “viruslar” elan olunur və s.

Hakimiyyət qanunvericilik qaydalarını nəzərə almadan özləri üçün məqbul olan yola davam edir və mütləq hüquqi savadsızlıq nümayiş etdirir. Fakt budur ki, hakimiyyət ölkənin qarşısında duran vacib məsələlərlə məşğul olmaq əvəzinə “cəmiyyətdəki gərginliyi dərinləşdirməklə” məşğul olur.

Bütün bunlar Ermənistandakı dözülməz mənəvi və psixoloji ab-havanın, ölkədəki institusional təməllərin dəyərdən düşməsinin, tənəzzülün və nəhayət, dövlətçiliyin əsaslarının dağılması ilə əlaqədardır.

Bunun parlaq təzahürünün ilk xəbəri Azərbaycandan gəldi.

Paşinyanın yüngül əli ilə son iki ildə təkcə dövlət və mədəni dəyərlər yox, eyni zamanda dövlətin beynəlxalq nüfuzu da dəyərdən düşüb. Əks halda şərq qonşumuzun prezidenti “Müstəqil Ermənistanın yeni tarixinin utancverici tarix olduğu” barədə açıqlama verməzdi.

İlham Əliyevin belə bir çıxışına səbəb, əlbəttə ki, bütün beynəlxalq platformalarla yanaşı, “məxmər, qeyri-zorakı” hakimiyyəti ələ keçirməsini erməni millətinin çoxəsrlik istəyi və əsrlər boyu davam edən arzusu kimi təqdim edən Paşinyandır. Paşinyan bir sıra beynəlxalq platformalarda oxşar çıxışlar edib və bu, Əliyev üçün bu gün Ermənistana qarşı istifadə olunan lüks qablaşdırma ilə hədiyyədir.

Bu, indiki Ermənistan hakimiyyəti tərəfindən həyata keçirilən dövlətə xəyanətin bariz təzahürüdür. Əks təqdirdə açıqlamasında “Ermənistanın 1998-2018-ci illər ərzində işğal edildiyini, bu dövrdə fəaliyyətdə olan Ermənistan prezidentlərinin ya həbs edildiyi, ya da barələrində cinayət işləri başlandığını” qeyd etməzdi.

Razılaşın ki, bu gün eyni siyasi məzmunlu ifadələri tez-tez erməni siyasi dairələrində eşidirik və onlardan istifadə edənlər gecə-gündüz İlham Əliyevin dəyirmanına su tökməklə dövlət və millət haqqında danışmağa çalışırlar.

Paşinyanın hakimiyyətinin hər günü, Ermənistan dövlətçiliyinin bir neçə illik geriyə atdığını və dövlət sistemindəki mövcudluğuna ciddi təhlükə yaratdığını sübut etməyə ehtiyac yoxdur. Məhz burada siyasi sahədə fəaliyyət göstərən sağlam və konstruktiv qüvvələrin birləşməsinin alternativinin olmaması ön plana çıxır və prioritet hala gəlir”, - deyə nəşrdə dərc olunan məqalədə qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Oyun  

Paşinyanın “ötürmə” oyununa QISA BAXIŞ

2020/05/bda6d-1590940949.jpg
Oxunub: 1571     16:32     01 İyul 2020    