“Erməni tərəfinin Qarabağa 3-cü yol məsələsini tam və düzgün şəkildə əsaslandıra bilməməsi təəssüratı yaranır” – Aşotyan

2020/04/1587980697.jpg
Oxunub: 1211     12:14     01 İyul 2020    
“İyunun 30-da Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin videokonfransı baş tutdu”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd ediib ki, həmsədrlərin görüşlə bağlı bəyanatını və tərəflərin yaydığı bəyanatları birləşdirərək bir sıra vacib nəticələrə gəlmək olar.

“Həmsədrlər tərəfindən inadkarcasına məzmunlu danışıqlar və əhaliləri sülhə hazırlamaq zərurəti haqqında danışılır, lakin Ermənistan hakimiyyəti məzmunlu danışıqlar altında nə təklif olunduğunu və bu sülhün şərtlərinin hansılar olacağını birbaşa şəkildə elə də açıqlamır.

Həmsədrlərin bəyanatından məlum olur ki, Paşinyan-Əliyev birbaşa rabitə kanalı işləyir və istifadə olunur. Yəni Nikol Paşinyan və İlham Əliyev ünsiyyət qururlar.

Həmsədrlərin bəyanatlarından, həmçinin erməni tərəfinin Ermənistanı Qarabağa birləşdirən 3-cü yol məsələsini tam və düzgün şəkildə əsaslandıra bilməməsi təəssüratı yaranır. Ayıq olaq”, - deyə Aşotyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Aşotyan  

“Erməni tərəfinin Qarabağa 3-cü yol məsələsini tam və düzgün şəkildə əsaslandıra bilməməsi təəssüratı yaranır” – Aşotyan

2020/04/1587980697.jpg
Oxunub: 1212     12:14     01 İyul 2020    