Britaniyalı analitik: “Əsasən müharibə ritorikası nəzərəçarpandır”

2019/02/34534-1549267489.jpg
Oxunub: 1432     11:41     01 İyul 2020    
“Münaqişə ölkələrində əsasən daxili siyasi mübarizə, koronavirusa qarşı mübarizə, iqtisadi problemlərin aradan qaldırılması və s. görürük və deyəsən tərəflər fasilə götürüblər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu britaniyalı analitik Neyl Makfarleyn Dağlıq Qarabağ münaqişəsinin həll prosesində nəzərəçarpan tendensiyalara toxunarkən deyib.

O qeyd edib ki, Rusiya Xarici İşlər nazirinin dövriyyəyə qoymağa çalışdığı gündəlik açıq şəkildə nə Azərbaycan, nə də Ermənistan tərəfini qane etməyib.

“Niyəsini deyə bilmərəm, çünki bu təkliflərin təfərrüatlarını bilmirəm, lakin bu müddət ərzində bu əhval-ruhiyyələr təkcə Ermənistanda yox, həm də Azərbaycanda nəzərə çarpdı və əsasən müharibə ritorikası nəzərəçarpan olub. Güman edə bilərəm ki, səbəb bu təkliflərin o qədər də birtərəfli olmamasıdır. Xarici İşlər Nazirliklərinin yaydığı bəyanatlar da bunu göstərir”, - deyə Makfarleyn bildirib.

Britaniyalı analitikin sözlərinə görə, münaqişə ölkələrinin siyasi gündəliyinin ilk məsələsi hazırda Dağlıq Qarabağ münaqişəsinin həll mövzusu deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Müharibə   Qarabağ  

Britaniyalı analitik: “Əsasən müharibə ritorikası nəzərəçarpandır”

2019/02/34534-1549267489.jpg
Oxunub: 1435     11:41     01 İyul 2020    