Rumıniya yeni müdafiə strategiyası qəbul edib

2020/07/PARLA-1593584391.jpg
Oxunub: 1180     12:46     01 İyul 2020    
Rumıniya parlamenti ölkə prezidenti tərəfindən təqdim edilən və 2020-2024-cü illəri əhatə edən Milli Müdafiə Strategiyasını təsdiq edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 5 fəsildən ibarət strategiya sənədi böyük səs çoxluğu ilə qəbul edilib.

Sənəddə ölkənin xarici və təhlükəsizlik siyasətinin əsasları, Rumıniya vətəndaşlarının təhlükəsizliyini və rifahını təmin etmək üçün beynəlxalq təhlükəsizlik mühitindəki təhdidlər və inkişaflar qarşısında milli dayanıqlığın gücləndirilməsinin vacibliyi vurğulanır.

Strategiyada, həmçinin milli dəyərlər, maraq və məqsədlər, milli müdafiə strategiyasının müəyyənləşdirilməsində əsas elementlərdən bəhs olunur.

Strategiyanın dördüncü fəslində milli təhlükəsizliyə olan təhdidlər, risklər və həssaslıqlar əks olub. Təhdidlər sırasında SARS-CoV 2 pandemiyası, Rumıniya yaxınlığında hərbi potensialın konsolidasiyası, regional təhlükəsizliyin dəyişkənliyi, ictimai məkanda düşmənçilik təsirləri, kiberhücumlar və s. qeyd olunub.

Strategiyanın sonuncu fəslində milli təhlükəsizliyin təmin edilməsinin əsas yollarından bəhs olunur. Bunlara diplomatiya, müdafiə, ictimai sülh, kəşfiyyat, əks-kəşfiyyat və təhlükəsizlik, iqtisadiyyat və enerji, mülki böhranların idarə olunması, mülki müdafiə, ekoloji təhlükəsizlik və s. daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rumıniya   Strategiya  

Rumıniya yeni müdafiə strategiyası qəbul edib

2020/07/PARLA-1593584391.jpg
Oxunub: 1183     12:46     01 İyul 2020    