Tramp ABŞ qoşunlarının bir hissəsinin Almaniyadan çıxarılması planını təsdiqləyib

2020/04/00-25-1586505640.jpg
Oxunub: 1176     10:50     01 İyul 2020    
ABŞ Prezidenti Donald Tramp Almaniyadan 9,5 min ABŞ hərbi qulluqçusunun çıxarılması haqqında planı təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqon mətbuat katibi Jonatan Hoffman özünün "Twitter" hesabında məlumat verib.

Onun sözlərinə görə, bu addım Rusiyanın qarşısının alınmasına və NATO-nun möhkəmlənməsinə yönəldilib. Bu tədbir ölkəni yenidən Amerika müttəfiqlərinin dəstəyi ilə təmin etməyə, həmçinin Avropada ABŞ-ın strateji və operativ zirəkliyini yaxşılaşdırmağa kömək etməlidir.

Yaxın vaxtlarda bu mövzuda Konqresin müvafiq komitələrində brifinqlərin keçiriləcəyi, eyni zamanda NATO müttəfiqləri ilə məsləhətləşmələrin aparılacağı vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl Tramp NATO-ya ödəmələri gecikdirdiyi üçün Almaniyadakı ABŞ qoşunlarının sayını 34,5 mindən 25 min nəfərə endirəcəyini vəd etmişdi.

Polşa isə öz ərazisində ABŞ qoşunlarının saxlanılması məqsədilə maliyyə ödənişinə hazır olduğunu, təxminən, 1,5-2 milyard dollar xərc çəkməklə bu ölkənin zirehli bir bölməsini yerləşdirməyi təklif edib.

Polşa prezidenti, həmçinin, bazaya "Fort Tramp" adının verilməsi təklifilə çıxış edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Almaniya  

Tramp ABŞ qoşunlarının bir hissəsinin Almaniyadan çıxarılması planını təsdiqləyib

2020/04/00-25-1586505640.jpg
Oxunub: 1177     10:50     01 İyul 2020    