Prezidentin köməkçisi: "Ermənistan atəşkəs arxasında gizlənərək işğalı davam etdirir"

2019/07/10634-1564563431.jpg
Oxunub: 1351     18:32     30 İyun 2020    
1994-ci ildə Azərbaycanla Ermənistan arasında atəşkəslə bağlı razılaşmanın olmasına baxmayaraq, atəşkəs ədəbi sülhə çevrilmədi.

Ordu.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, Ermənistan atəşkəs arxasında gizlənərək Azərbaycana qarşı işğalını davam etdirir.

"Azərbaycanın baxışı, mövqeyi ondan ibarətdir ki, atəşkəsə olan çağırışlarla bərabər BMT nizamnaməsinə olan prinsip və normaların həyata keçirilməsi, işğallara son qoyulması, BMT Təhlükəsizlik Şurasının və digər BMT təsisatların qətnamələrinin həyata keçirilməsi təmin olunmalıdır. Xüsusilə pandemiya şəraitində bu kimi beynəlxalq sülh və təhlükəsizlik problemləri daha aktual şəkildə özünü göstərir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Ermənistan  

Prezidentin köməkçisi: "Ermənistan atəşkəs arxasında gizlənərək işğalı davam etdirir"

2019/07/10634-1564563431.jpg
Oxunub: 1354     18:32     30 İyun 2020    