Baş prokuror BQXK-nın Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşüb

2020/06/15935-1593525215.jpg
Oxunub: 1282     17:25     30 İyun 2020    
Bu gün Baş prokuror Kamran Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, qonaqları salamlayan Baş prokuror Beynəlxalq Qızıl Xaç Komitəsinin zəngin tarix və ənənələrə malik olması, Komitə ilə ölkəmiz arasında inkşaf edən qarşılıqlı əlaqələr barədə söhbət açıb, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluqda aparılan genişmiqyaslı islahatlar nəticəsində struktur dəyişikliyi ilə əlaqədar yaranmış yeni idarələrin fəaliyyət istiqamətləri barədə məlumat verib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Elena Aymone Sessera ikitərəfli münasibətlərə toxunaraq Azərbaycanla münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb, ölkəmizlə Ermənistan arasındakı mövcud münaqişədən əziyyət çəkmiş Azərbaycan vətəndaşlarına humanitar yardım göstərilməsi, cəbhəboyu ərazilərdə yaşayan mülki şəxslərin təhlükəsizliyi, fiziki və psixoliji sağlamlıqları, itkin düşmüş şəxslərin taleyləri ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı fəaliyyəti, həyata keçirdiyi layihələr, aparılan mühüm işlər, o cümlədən COVID-19 pandemiyası ilə əlaqədar keçirdikləri təlimlər barədə məlumat verərək, ikitərəfli münasibətlərin inkişafı naminə, habelə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları, o cümlədən prokurorluq orqanları ilə əməkdaşlıq istiqamətində münasibətlərin daha da inkişaf edəcəyinə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Baş-prokuror   BQXK  

Baş prokuror BQXK-nın Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşüb

2020/06/15935-1593525215.jpg
Oxunub: 1283     17:25     30 İyun 2020    