"Karaçidəki terroru Hindistan törədib" - İmran Xan

2020/06/news_-1593522287.jpg
Oxunub: 1206     17:02     30 İyun 2020    
Pakistanın baş naziri İmran Xan Karaçidə Fond Birjasının binasına hücuma görə Hindistanın xüsusi xidmət orqanlarını ittiham edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, İmran Xan hadisənin Hindistan tərəfindən törədildiyinə dair heç bir şübhənin olmadığını vurğulayıb.

Qeyd edək ki, iyunun 29-da Pakistanda Fond Birjasının binasına terrorçuların hücumu nəticəsində 7 nəfər ölüb.

İmran Xan Hindistanı Cammu və Kəşmirə başqa regionlardan 25 min nəfərin gətirilməsinə görə də ittiham edib. Pakistan hökumətinin başçısı rəsmi Dehlinin regionda demoqrafik şəraiti dəyişməyə cəhd göstərdiyini də vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pakistan   Hindistan  

"Karaçidəki terroru Hindistan törədib" - İmran Xan

2020/06/news_-1593522287.jpg
Oxunub: 1207     17:02     30 İyun 2020    