Pompeo “Taliban” liderlərindən biri ilə sülh sazişini müzakirə edib

2020/05/1590678080.jpg
Oxunub: 1164     15:17     30 İyun 2020    
ABŞ-ın dövlət katibi Maykl Pompeo “Taliban” hərəkatının rəhbərlərindən biri – molla Abdullah Qəni Baradarla danışıqlar aparıb.

Ordu.az Associated Press informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Taliban” hərəkatının nümayəndəsi Suheyl Şahin bildirib.

Onun sözlərinə görə, tərəflər ABŞ və “Taliban” arasında fevral ayında imzalanan sülh sazişinin reallaşmasını müzakirə ediblər. Müzakirələr ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın Doha, İslamabad və Daşkəndə səfərləri fonunda video konfrans formatında baş tutub.

Xatırladaq ki, fevralın 29-da ABŞ və “Taliban” hərəkatı arasında imzalanmış sülh sazişinə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır. “Taliban” isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcəkləri barədə zəmanət verib. Danışıqlardan öncə etimadın möhkəmlənməsi üzrə tədbirlər qismində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusunun taliblərin əsirliyində saxlanılan minə yaxın əməkdaşı azadlığa buraxılmalıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pompeo   Taliban  

Pompeo “Taliban” liderlərindən biri ilə sülh sazişini müzakirə edib

2020/05/1590678080.jpg
Oxunub: 1165     15:17     30 İyun 2020    