Xarici sektorda baş verən hadisələr Ermənistan hökumətinin xeyrinə deyil - ANALİZ

2019/09/34-1568283994.jpg
Oxunub: 1229     10:23     01 İyul 2020    
Xarici bazarlarda vəziyyət Ermənistan iqtisadiyyatı üçün pisdir. Son aylarda ixracla əlaqəli problemlər artıb. Bunlar həm ixrac çətinliyi, həm də satış bazarlarındakı dəyişikliklər və yaranan məhdudiyyətlərlə əlaqədardır. İxrac sahəsində yenə də geriləmə qeydə alınıb. Hətta yeraltı yatağın hasilatı və ixracı ikiqat artdığı halda bu geriləmə baş verməkdə davam edir.

Niyə məhz yeraltı sərvət? Çünki, Ermənistanın ixrac strukturunda yeraltı hissənin böyük payı var. Bu il isə bu pay sahəsində artım baş verib.

İlin ilk 4 ayında Ermənistandan 244 milyon dollardan çox dəyərində mineral məhsul ixrac edilib. Bu, həmin dövr üçün rekord göstəricidir. Əvvəllər belə bir yeraltı hasilat və ixracat səviyyəsi qeydə alınmayıb.

Əslində, Paşinyan hökuməti yeraltı hasilatın daha sürətli bir şəkildə boşalmasına nail ola bildi. Yəqin ki, vaxtilə Ermənistanda yeraltı yataqların məhv edilməsi və satılması ilə bağlı verdiyi açıqlamalardan sitat gətirməyə ehtiyac yoxdur. Rəsmi statistika hər şeydən xəbər verir.

Bu ilin ilk dörd ayında yeraltı xammal ixracatı keçən il qeydə alınan göstəricini 45 milyon dollar ötüb. Artım 23%-ə çatır. Bunun ixracdakı payı 35%-dən çoxdur. Son illərdə baş verənləri daha aydın göstərmək üçün qeyd edək ki, 2017-ci ildə bu rəqəm heç 29 faizə çatmırdı.

Daha maraqlı olan hal isə beynəlxalq bazarlarda metal qiymətlərinin azalması fonunda Ermənistanda yeraltı mədənlərin boşalmasıdır. Nəticələrini örtmək üçün hasilat artırılır. İlin ilk 4 ayında mədən sənayesində artım 27%-i keçib.

Bu “unikal” bir göstəricidir. Erməni sənayesinin başqa heç bir sektorunda belə bir tendensiya və ya buna yaxın göstərici yoxdur.

Bu qədər təriflənmiş emal sənayesində belə artım qeydə alınmayıb. Bu sahə də geriləmə dövrü yaşayır. Bu da ixrac göstəricilərində nəzərə çarpır.

Xarici bazarlara mineral hasilat sahəsindən sonra ikinci ən böyük qrup olan erməni istehsalı hazır ərzaq mallarının ixracı demək olar ki, 12 faiz azalıb. Keçən ilin eyni dövründə 180 milyon dollar, bu il 159 milyon dollar təşkil edib.

Ermənistanın ixrac statistikası həm AİƏT-də, həm də Aİ ölkələri ilə münasibətlərdə pisləşib. AİƏT bazarlarında tədarüklər demək olar ki, 11% azalıb. Bu, ixracatın ümumi azalması həcmindən də çoxdur. Bunun da əsas səbəbi Rusiya ilə ticarət əlaqələrinin pisləşməsidir. Rublun zəifləməsinin, erməni mallarının rəqabət qabiliyyətinin itirilməsinin və istehlak bazarında ödəmə tələbinin azalmasının nəticələri artıq hiss olunmağa başlayıb.

Rusiyada pisləşən iqtisadi vəziyyət və milli valyutanın dəyərdən düşməsi həmişə Ermənistan mallarının bu bazara ixracı üçün bir problem olub. Bu dəfə də mənzərə dəyişməyib. İlin ilk dörd ayında Rusiyaya ixrac 11 faizdən çox azalıb.

Bunun əvəzinə başqa bir təhlükəli tendensiya müşahidə edilib. İxracın əksinə idxal artıb. Rublun dəyərdən düşməsi həmin ölkədən idxal olunan malların rəqabət qabiliyyətini artırıb. Bu da yerli istehsal üçün problemdir. Bu problem yaxın gələcəkdə təsərrüfatlar üçün daxili qaz istehlakı tarifinin artacağı zaman daha da hiss ediləcək. Nəticədə, erməni mallarının rəqabət qabiliyyəti yalnız daxili bazarda deyil, xarici bazar daxil olmaqla daha da azalacaq.

Xatırladaq ki, qaz qiymətinin artması yükü istixana iqtisadiyyatı və emal sənayesinə daha çox təsir göstərəcək. Bunlar məhsulların ən çox Rusiya bazarına ixrac olunduğu iki əsas sahədir.

Ermənistanın Aİ ölkələri ilə ticarət əlaqələri də pisləşib. Bolqarıstan və İspaniya ilə münasibətlər istisna olmaqla, bütün digər ölkələrlə ixracda geriləmə qeydə alınıb. İspaniya ilə münasibətdə yalnız 1.3 milyon dollardan bəhs edirik, bu əhəmiyyətli bir dəyişiklik deyil və Bolqarıstana gəldikdə isə yenidən yeraltı sərvətlə əlaqəli bir proseslə rastlaşırıq, yəni metalların ixracı artıb.

Avropa İttifaqı ölkələrinə onsuz da Ermənistanın təklif edəcəyi elə çox istehsalı yoxdur. Əsas ixrac metallardan ibarətdir.

Bu il Ermənistanın Avropa İttifaqı və AİƏT-dən kənar ölkələrlə xarici ticarət əlaqələri yaxşı qurulmayıb. Yenə də bu sahədə geriləmə qeydə alınıb.

Bu ixrac vəziyyəti, əlbəttə ki, Ermənistan iqtisadiyyatındakı “inkişaf”dan irəli gəlir. İqtisadiyyat aşağı enmə vəziyyətinə düşüb və istər-istəməz bu durum ixracata təsir göstərir. Ermənistanın xarici bazarlarda rəqabət qabiliyyətli olan məhsulları azdır. İxracat yönümlü bir iqtisadiyyat yaratmaq üçün edilən bəyanatlar, yalnız ifadələr olaraq qaldı.

Ermənistanın ixrac potensialı çox zəif olmaqda davam edir. Bu “potensial”la da Paşinyan hökuməti dünya iqtisadiyyatındakı epidemiya fonunda xarici bazarlarda yeni üfüqlər əldə etmək niyyətindədir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   AİƏT     Böhran  

Xarici sektorda baş verən hadisələr Ermənistan hökumətinin xeyrinə deyil - ANALİZ

2019/09/34-1568283994.jpg
Oxunub: 1230     10:23     01 İyul 2020    