Axmaq kimdir: Arman Babacanyan, yoxsa Arayik Harutyunyan?

2020/06/332-1593514322.jpg
Oxunub: 1213     15:47     30 İyun 2020    
Arman Babacanyanın “Respublika naminə” təşəbbüsünün “Facebook” səhifəsində yer alan bir bəyanatda bildirilib ki, işğal altında olan Qarabağdakı qondarma qurumun “rəhbəri” Arayik Harutyunyan ilə görüşdə Levon Ter-Petrosyanın “Müharibə, yoxsa sülh” ideologiyası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunmasını təklif edib.

“Politik.am” nəşri yazır ki, bu bəyanat Ermənistan siyasi səhnəsində əsl şok yaradıb

“Belə çıxır ki, Arman Babacanyan, bu dövrdə müxtəlif siyasi dairələrin danışdığı hökumətin layihəsini ortaya qoyduğu və hakimiyyətin ictimaiyyətdən gizlətdiyi Qarabağ məsələsində bir xəyanətin olduğunu ifşa edir”, - deyə nəşr yazıb.

Açıqlamadan bir neçə saat sonra “Azad Vətən” Partiyasının mətbuat katibi Vahram Poğosyan açıqlama verdi.

““Respublika naminə” təşəbbüs qrupunun “Facebook” səhifəsində qeyd olunan məlumatı rəsmi olaraq təkzib edirəm. Mən cavabdeh şəxslərdən görüş zamanı müzakirə məzmununu təhrif etməmələrini və yalan yayım üçün açıq şəkildə üzr istəmələrini tələb edirəm”, - o, özünün “Facebook” səhifəsində yazıb.

Bu bəyanatdan sonra Arman Babacanyan özünün “Facebook” səhifəsində bu xəbərin yalan olduğunu və rəhbərlik etdiyi siyasi hərəkatla əlaqəsi olmadığını yazıb. O, bu məsələdə keçmiş partiya üzvlərinin günahkar olduğuna da işarə edib:

“Uzun müddətdir qaranlıq təbiəti ilə maarifçiliyi çoxdan dəyişən bəzi dar düşüncəli axmaqlar həqiqətə heç bir aidiyyəti olmayan yalan məlumatları yaymaq üçün şəklim əks olunan saxta “Respublika naminə” təşəbbüs qrupu səhifəsindən istifadə etməyə davam edirlər”.

Sonra ayrıca mediaya müraciət edib. “Mən vicdanlı media mənsublarına bu saxtalaşdırmanı yaymamağa çağırıram”, - deyən Arman Babacanyan, guya saxta məlumat yayan “Facebook” səhifəsindən bir fotoşəkil paylaşıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan  

Axmaq kimdir: Arman Babacanyan, yoxsa Arayik Harutyunyan?

2020/06/332-1593514322.jpg
Oxunub: 1216     15:47     30 İyun 2020    