ASELSAN Türkiyə ordusuna “Dragon Eye” elektro-optik sensor sisteminin tədarükünü başa çatdırıb

2020/06/0-10--1593506769.jpg
Oxunub: 1146     16:55     30 İyun 2020    
Türkiyənin ASELSAN şirkəti ölkənin Quru Qoşunları Komandanlığı üçün istehsal etdiyi “Dragon Eye” elektro-optik sensor sisteminin tədarükünü başa çatdırıb.

Ordu.az xəbər verir ki, yeni elektro-optik sensor sistemi Quru Qoşunları Komandanlığı tərəfindən, xüsusən sərhəd hissələrində və dayaq məntəqələrində geniş və effektiv istifadə olunacaq.

Bildirilir ki, şirkət müqavilədə nəzərdə tutulan sistemlərin son partiyasını təhvil verməklə öhdəliklərini tam formada yerinə yetirib.

Termal kamera, yüksək keyfiyyətli kamera, lazerlə məsafə ölçən, GPS sistemləri inteqrasiya edilmiş bir elektro-optik sensor sistemi olan “Dragon Eye” iki fərqli konfiqurasiyada istehsal olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ASELSAN   Türkiyə   Dragon-Eye  

ASELSAN Türkiyə ordusuna “Dragon Eye” elektro-optik sensor sisteminin tədarükünü başa çatdırıb

2020/06/0-10--1593506769.jpg
Oxunub: 1147     16:55     30 İyun 2020    