Niyə heç kim bu sualı Paşinyana vermir?

2020/05/bda6d-1590940949.jpg
Oxunub: 1063     16:05     30 İyun 2020    
“Mən heç vaxt bu statusu yazmaq istəməzdim, ancaq ölkəmin vəziyyəti məcbur edir”.

Ordu.az xəbər verir ki, bunu erməni vəkil Tiqran Atanesyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, 1992-ci ildə qəbul olunmuş “Hərbi xidmət haqqında” Ermənistanın birinci qanunu həqiqətənmi iki xidmət etmiş qardaşın üçüncü qardaşını məcburi müddətli hərbi xidmətdən azad edilməsi müddəasını nəzərdə tutub?

“Bu qanunvericilik müddəası 1994-cü ildə qüvvəsini itirimiş olaraq tanınıb, bundan sonra bütün “üçüncü” qardaşlar orduya çağrılıblar. Bizim “sevimli” Baş nazirimiz bu əsasla xidmətdən azad edildiyini qeyd edəndə yumşaq desək, düzgün danışmır. Xatırladım ki, o, 1991-1995-ci illərdə İrəvan Dövlət Universitetində oxuyub və bu zaman haqlı olaraq möhlət hüququndan istifadə edib. Yəni, 1992-1994-cü illərdə istifadə olunmuş norma həmin vaxt ona lazım da olmayıb. 1995-ci ilin payızında onu İrəvan Dövlət Universitetindən uzaqlaşdıranda bu “üçüncü” qardaş normasının olub-olmaması artıq vacib deyildi, o, 20 yaşında idi və məcburi hərbi çağırış tabelisi idi. O, 2000-ci ilin yazına, ikinci övladının doğulmasına qədər məcburi hərbi çağırış tabelisi idi. Sual: Niyə o, 1995-ci ilin payızından 2000-ci ilin yazına qədər hərbi xidmətə çağırılmayıb?

Hamıya sual. Niyə hərbi xidmətə çağırılmayıb, ancaq bu gün müharibə dövründə Ermənistan Silahlı Qüvvələrinin ali baş komandanıdır? Daha vacib sual: Niyə bu sualı heç kim vermir? Niyə hamı susur?”, - deyə erməni vəkil bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Hərbi   Paşinyan   Fərarilik  

Niyə heç kim bu sualı Paşinyana vermir?

2020/05/bda6d-1590940949.jpg
Oxunub: 1066     16:05     30 İyun 2020    