“Sorosçular” Paşinyanı divara sıxışdırıblar: Bu, onu iqtidara gətirən qüvvələr qarşısında olan borcdur

2020/06/89ec1-1593505962.jpg
Oxunub: 1150     14:21     30 İyun 2020    
Ermənistanda audiovizual media haqqında qanun layihəsinin ilk oxunuşda qəbul edilməsi təkcə Ermənistan-Rusiya münasibətlərində deyil, həm də Ermənistanın ictimai-siyasi mühitində olduqca maraqlı bir atmosfer yaradıb.

Ordu.az xəbər verir ki, bu, “Politik.am” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Nəşrdə dərc olunan məqalədə qeyd olunur ki, illərdir rus və ya rus dilli televiziya kanallarına qarşı anti-rus təbliğatı aparılması məlum idi.

“İndi hökumətdə pay sahibi olan “soros qanadı” tərəfindən bu anti-rus təbliğatı daha geniş həyata keçirilir. Tanınmış “sororçular” (Daniel İoannisyan, Aşot Melikyan, Artur Sakunts və başqaları) bu məsələyə özləri üçün əlçatan media mənbələrində və ya sosial şəbəkə platformasında toxunublar. Onlar hesab edir ki, Ermənistanda Rusiya kanallarının yayımlanması milli təhlükəsizlik məsələsidir. İndi isə anti-Rusiya telekanallarına qarşı aparılan kampaniyanın əsas yükünü bu yaxınlarda “Məlumatlı Vətəndaşlar Birliyi” öz üzərinə götürmüşdü və indi bu səylərin öz bəhrəsini verdiyi görünür.

Gürcüstan, Ukrayna və Moldovada olduğu kimi bu da Qərb yönümlü qrupun ümumi anti-Rus əhval-ruhiyyəsi kontekstində normal bir vəziyyətdir.

Bu qanunun qəbulunun onsuz da mürəkkəb olan Ermənistan-Rusiya münasibətlərinə nə dərəcədə zərbə vuracağını söyləmək çətindir, ancaq zərbə olacağı aydındır, çünki rusdilli kanallar ilk növbədə rusdilli və ya rus dili ilə bağlı cəmiyyət üçündür. Bu isə ilk növbədə rus dilinin yayılması və qorunmasına xidmət edir və Moskva bu məsələdə çox həssasdır.

Problem ondadır ki, əslində bir daha Ermənistanda siyasi və dövlətlərarası münasibətlərə təsir edən bir gündəmi diktə edə biləcək gücə malik xarici qüvvənin olduğunu söyləyə bilərik. Audiovizual media haqqında qanun yalnız Nikol Paşinyanın təşəbbüsü olsaydı, bu hal Moskvada daha sakit şəkildə qəbul oluna bilərdi, amma Rusiya tərəfi küləklərin hansı istiqamətdən əsdiyini və onları hara apardıqlarını yaxşı başa düşür.

Bu məsələdə şəxsən Paşinyanın motivasiyasının nədən ibarət olduğu hələ məlum deyil. Bəlkə o, nəyin bahasına olursa-olsun Moskva ilə razılığa gəlmək istəyir və ya bəlkə məsələni siyasi ticarət aləminə aparmağa çalışır, amma bu baxımdan hesablamalar yanlışdır və Moskvanın bu məsələ ilə bağlı sövdələşməyə məcbur etmək çətindir. Hər halda, Ermənistan hakimiyyətinin, şüurlu və ya dərk etmədən, milli-dövlət gündəmini xarici qüvvələrin gətirdiyi elementlərlə tamamlamağa başlaması pis haldır.

Maraqlıdı ki, bir neçə gün əvvəl hakim deputat Mxitar Hayrapetyan, bir neçə gün sonra Rusiyanın Ermənistandakı səfirliyinin narahatlığını bildirdiyi məsələni inkar etməyə çalışırdı.

Daha maraqlısı odur ki, Rusiya kanalları şərti “sorosçular” üçün olduqca pisdir və qadağan olunur, amma Ermənistanın bir çox yaşayış məntəqələrində əlçatan olan Azərbaycan CBC telekanalının erməni dilində verilişləri barədə rəyi yoxdur. Bu kontekstdə qeyd etmək lazımdır ki, milli təhlükəsizlik haqqında “sorosçular”ın anlayışı çox qəribədir.

Ən azından indiki mərhələdə ruslarla qarşıdurma üçün yeni bir fürsət yaratmağın Paşinyanın marağında olmadığı ortadadır, amma baş nazirin bu gündəmi həyata keçirməyə məcbur olduğu da göz qabağındadır. Bu, onu iqtidara gətirən qüvvələr qarşısında olan borcdur”, - deyə məqalədə qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan  

“Sorosçular” Paşinyanı divara sıxışdırıblar: Bu, onu iqtidara gətirən qüvvələr qarşısında olan borcdur

2020/06/89ec1-1593505962.jpg
Oxunub: 1151     14:21     30 İyun 2020    