“Azərkosmos” ixracdan gəlirlərini 20%-dək artırıb

2020/06/52555-1593504756.jpg
Oxunub: 1038     12:11     30 İyun 2020    
Bu ilin yanvar-may aylarında “Azərkosmos” ASC 19,1 milyon ABŞ dolları dəyərində xidmət (telekommunikasiya və optik xidmətlər) ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur.

Ordu.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə şirkətin xidmətlərinin idxalçısı olan ölkələrin sayı isə 26 olub.

Yanvar-may ayları ərzində "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib. Səhmdar cəmiyyətinin xidmətlərini əsasən ABŞ, Birləşmiş Krallıq, Fransa, BƏƏ və Malayziya idxal edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərkosmos  

“Azərkosmos” ixracdan gəlirlərini 20%-dək artırıb

2020/06/52555-1593504756.jpg
Oxunub: 1039     12:11     30 İyun 2020    