Hindistan Çinlə sərhəddə hava hücumundan müdafiə sistemləri yerləşdirir

2019/10/567-1571653873.jpg
Oxunub: 959     15:12     30 İyun 2020    
Hindistan Çin ordusu ilə toqquşmadan sonra Himalay dağlarındakı sərhəddə yerüstü hava hücumundan müdafiə sistemləri yerləşdirir.

Ordu.az xəbər verir ki, sərhəddə Hindistan istehsalı olan “Akaş”, İsrail istehsalı “Spyder”, Sovet dövründən qalmış “Peçora” və “OSA-AK” sistemləri yerləşdirilib.

Bundan əvvəl Çin tərəfi də sərhəddə döyüş təyyarələri, helikopterlər, tank və ağır artilleriya toplamışdı.

Qeyd edək ki, iki ölkə arasında gərginliyin yeni mərhələsi Qalvan vadisində toqquşmadan sonra başlayıb. Hindistan ordusu nümayəndəsinin məlumatına görə, Ladaxedə, Qalvan vadisi ərazisində Çin hərbçiləri ilə toqquşmanın gedişatında Hindistan ordusunun bir zabiti və iki əsgəri həlak olub. Bundan sonra mənbəyə istinadən ANI agentliyi bildirib ki, Hindistan tərəfindən 20 hərbçi həlak olub, Çin tərəfindən 43 nəfər xəsarət alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hindistan   Çin  

Hindistan Çinlə sərhəddə hava hücumundan müdafiə sistemləri yerləşdirir

2019/10/567-1571653873.jpg
Oxunub: 960     15:12     30 İyun 2020    