ABŞ JLTV proqramı üçün İsrail istehsalı döyüş sursatı ala bilər

2020/06/65464-1593501244.jpg
Oxunub: 1369     19:13     30 İyun 2020    
ABŞ Xüsusi Qüvvələr Komandanlığı JLTV adlandırılan yüngül taktiki hərbi maşınların üzərində yerləşdirmək üçün döyüş sursatı almaq niyyətindədir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hazırda bu platforma üçün ən güclü namizəd “Hero-30” kamikadze PUA tipli döyüş sursatıdır.

Bildirilir ki, Komandanlıq gələn il elan olunacaq tenderlə hərbi maşına quraşdırılacaq sursatı müəyyənləşdirəcək.

İsrailin “Uvision” şirkəti tərəfindən istehsal edilən 3 kiloqram çəkisi olan “Hero-30” 500 qram döyüş başlığı daşıyır. Maksimum 40 km məsafəni qət edə bilən sursat havada 30 dəqiqə qala bilir. Bir nəfər tərəfindən idarə oluna bilən sursat elektrik mühərriki ilə işləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ  

ABŞ JLTV proqramı üçün İsrail istehsalı döyüş sursatı ala bilər

2020/06/65464-1593501244.jpg
Oxunub: 1370     19:13     30 İyun 2020    