Erməni hərbi qulluqçunun anası: “Məsələ həll edilməsə, Avropa Məhkəməsinə müraciət edəcəm”

2019/03/14973-1552558161.jpg
Oxunub: 1355     17:57     30 İyun 2020    
Ötən il işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş mövqeyində aldığı güllə yarasından ölmüş erməni müddətli hərbi qulluqçu Artur Acamyanın anası Qohar Feroyan iyunun 29-da oğlunun şəkli ilə Ermənistan parlamentinə gəlib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Qohar Feroyan orada etiraz edib.

O bildirib ki, oğlunun niyə öldüyünün aşkara çıxarılması üçün hər kəsə, eləcə də beynəlxalq strukturlara müraciət edir.

“Məsələ həll edilməsə, Avropa Məhkəməsinə müraciət edəcəm”, - deyə ölmüş erməni hərbi qulluqçunun anası qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Ölüm   Etiraz  

Erməni hərbi qulluqçunun anası: “Məsələ həll edilməsə, Avropa Məhkəməsinə müraciət edəcəm”

2019/03/14973-1552558161.jpg
Oxunub: 1356     17:57     30 İyun 2020    