Ermənistanda yezidilərlə bağlı yeni məsələlər müzakirə olunur

2018/11/ezdi--1542108425.jpg
Oxunub: 1333     11:52     30 İyun 2020    
İyunun 29-da Ermənistan parlamentinin İnsan hüquqlarının müdafiəsi və ictimai məsələlər komissiyasında BMT-nin “Yeni Ermənistan, müasir parlament” inkişaf proqramında iştirak məsələsi müzakirə olunub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “Mənim addımım” fraksiyasının deputatı Maria Karapetyan fraksiyanın digər deputatı Rustam Bakoyanın yezidi qızların hüquqları, xüsusən erkən evlilik problemi, onların gec evlənməsi üçün nə etmək lazım olması barədə araşdırma aparmaqla bağlı təklifini təqdim edib.

“Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zohrabyan qeyd edib ki, selektiv abortlar mövzusu narahatverici olaraq qalmağa davam edir.

“Məsələn, mənə bir qrup hüquqşünas müraciət edib, onlar vacib qanunvericilik presedenti - doğulmamış uşağın yaşama hüququnun müdafiəsi haqqında qanun qəbul etməyi təklif edirlər”, - deyə Zohrabyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Yezidilər   Etiraz  

Ermənistanda yezidilərlə bağlı yeni məsələlər müzakirə olunur

2018/11/ezdi--1542108425.jpg
Oxunub: 1336     11:52     30 İyun 2020    