Gözətçi gəminin ekipajı döyüş atışlı məşqlər keçirib - FOTOLAR+VİDEO

2020/06/bb837-4780256967.jpg
Oxunub: 1503     12:21     29 İyun 2020    
2020-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrinin modernləşdirilmiş gözətçi gəmisinin silah və texniki vasitələrinin yoxlanılması məqsədi ilə döyüş atışlı məşqləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, həyəcan siqnalı ilə qaldırılan heyət qısa müddət ərzində gəmini döyüşə və səfərə hazırlayıb.

Dənizə çıxış zamanı gəminin yenilənmiş mexanizmləri yoxlanılıb, həmçinin artilleriya və bomba atışları icra olunub. Qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən gəmi heyəti dəqiq atışlarla hədəfləri məhv edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Ordu  

Gözətçi gəminin ekipajı döyüş atışlı məşqlər keçirib - FOTOLAR+VİDEO

2020/06/bb837-4780256967.jpg
Oxunub: 1504     12:21     29 İyun 2020    