“Baykar” şirkəti yeni döyüş PUA-ları hazırlayacaq

2020/04/31313-1586760290.jpg
Oxunub: 1456     14:30     29 İyun 2020    
Türkiyənin “Baykar” şirkətinin rəsmisi Selçuk Bayraktar Türkiyə Təhsil Nazirliyinin təşkil etdiyi bir tədbirdə ölkəsinin pilotsuz uçuş sistemləri haqqında bir sıra açıqlamalar verib.

Ordu.az xəbər verir ki, o, “Bayraktar TB-2” PUA-larının “Fırat Kalkanı”, “Zeytun Budağı” və “Barış Pınarı” əməliyyatlarında verilən tapşırıqların 80%-dən çoxunu yerinə yetirdiyini qeyd edib.

O bildirib ki, yeni istehsal olunan “Akıncı” hücum PUA-ları bu ilin sonunadək Türkiyə ordusunun inventarında olacaq.

Bundan başqa, Bayraktar yeni hazırlanacaq döyüş PUA-ları (Muharip İnsansız Uçak Sistemi) haqqında da məlumat verib. O qeyd edib ki, 2020-cü ilə qədər bu PUA-ların üzərində iş gedəcək. Yaxın hava dəstəyi və strateji hücum missiyaları üçün nəzərdə tutulan PUA-lar 5 saata yaxın havada qala biləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: PUA   Baykar   Türkiyə  

“Baykar” şirkəti yeni döyüş PUA-ları hazırlayacaq

2020/04/31313-1586760290.jpg
Oxunub: 1457     14:30     29 İyun 2020    