Misir Rusiyadan 500 ədəd T-90MS tankları alacaq

2020/06/222-1593416827.jpg
Oxunub: 1048     13:42     29 İyun 2020    
Misir Rusiyanın “Uralvaqonzavod” (UVZ) dövlət şirkəti ilə 500 ədəd T-90MS əsas döyüş tankının tədarük edilməsi üçün müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yerli hərbi mənbələr məlumat yayıb.

Rusiyanın müdafiə sənayesindəki mənbələrə görə, tanklar Misirdə lisenziyası ilə istehsal ediləcək. Tankların burada yığılması üçün zavod qurulacaq.

Qeyd edək ki, hal-hazırda Misir ordusu 2570 ədəd əsas döyüş tanklarından fəal şəkildə istifadə edir. Onların 1160-ı M1A1 “Abrams”, 850-i M60A3, 300-ü M60A1, 260-ı “Ramses 2” tanklarıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   T-90MS   Misir  

Misir Rusiyadan 500 ədəd T-90MS tankları alacaq

2020/06/222-1593416827.jpg
Oxunub: 1049     13:42     29 İyun 2020    