Yaponiya G7 sammitinin keçirilməsini istəmir

2020/06/31313-1593414479.jpg
Oxunub: 966     11:27     29 İyun 2020    
Yaponiya “Böyük yeddiliy”in (G7) hazırkı tərkibinin qorunub saxlanmasında israr edir.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin Baş katibi Yosihide Suqa bildirib.

“Bu görüşün təşkilatçısı olaraq ABŞ-ın işi iclasın yekun formasını razılaşdırmaqdır... Ancaq biz “yeddiliy”in hazırkı tərkibini dəstəkləməyi son dərəcə vacib hesab edirik”, - Y.Suqa ABŞ Prezidenti Donald Trampın Rusiya, Hindistan, Avstraliya və Cənubi Koreyanı da zirvə görüşünə dəvət etmək niyyətini şərh edərkən söyləyib.

Baş katib Yaponiyanın ABŞ-a narazılığını artıq bildirib-bildirməməsi barədə əlavə bilgi verməyib.

Qeyd edək ki, mayın 30-da Ağ Ev G7 sammitinin sentyabr ayında Rusiya, Cənubi Koreya, Avstraliya və Hindistanın mümkün iştirakı ilə keçiriləcəyini açıqlayıb. Kanada, Fransa və Böyük Britaniya artıq buna qarşı çıxıblar. Cənubi Koreya və Avstraliya isə sammitə qatılmağa hazır olduqlarını təsdiqləyiblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yaponiya   G7  

Yaponiya G7 sammitinin keçirilməsini istəmir

2020/06/31313-1593414479.jpg
Oxunub: 967     11:27     29 İyun 2020    