Ermənistan MN növbəti dəfə hərbçisinin ölümünü gizlədir

2019/02/41565-1551258458.jpg
Oxunub: 1124     11:54     29 İyun 2020    
İyunun 27-də Ermənistanın Qeğarkunik vilayətində odlu silah tətbiq edilməsi ilə qətl baş verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 00:05 radələrində Qeğarkunik qarnizon hərbi hospitalından Vardenis polis bölməsinə məlumat daxil olub ki, bir nəfər şəxs çoxsaylı güllə yaraları ilə hospitala yerləşdirilib.

Polis və müstəntiqlər müəyyənləşdiriblər ki, yaralı Vardenis şəhərinin Çarents küçəsinin sakini, 25 yaşlı Torqom Harutyunyandır. O, saat 04:00 radələrində xəstəxanada huşunu itirərək ölüb.

Məlumata görə, T. Harutyunyana AK tipli avtomatdan atəş açıblar. Harutyunyanı birinci mərtəbənin pilləkənlərində bıçaqlamış şəxs onun istiqamətində atəş açıb.

Polis və müstəntiqlər atəş açılmış yerdə AK tipli avtomatın 7.62 mm çaplı 19 ədəd gilizini tapıblar.

Faktla bağlı Ermənistan İstintaq Komitəsinin Qeğarkunik vilayəti istintaq idarəsinin Vardenis istintaq şöbəsində Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsinin 1-ci hissəsi və 235-ci maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Qeğarkunik qarnizon hərbi hospitalından verilən məlumatla bağlı heç bir açıqlama yaymayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan  

Ermənistan MN növbəti dəfə hərbçisinin ölümünü gizlədir

2019/02/41565-1551258458.jpg
Oxunub: 1125     11:54     29 İyun 2020    