Ermənistan MTX-nin yeni direktorunun mülkü barədə

2020/06/55555-1593412234.jpg
Oxunub: 976     12:48     29 İyun 2020    
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Argişti Kyaramyan vəzifəli şəxslərin etika komissiyasına 2019-cu ilin bəyannamələrini təqdim edib.

Ordu.az erməni KİV-lərinin istinadən xəbər verir ki, Argişti Kyaramyan 2017-ci ilə qədər, hələ prokuror olduğu dövrdə malik olduğu 2 ev, 3 torpaq sahəsi və qaraj haqqında məlumat verib.

Kyaramyan həmçinin 1 ədəd “MERCEDES-BENZ C 180” markalı avtomobil, 6000 ABŞ dolları kredit barədə məlumat təqdim edib.

Kyaramyanın maddi vəsaitləri 30 milyon Ermənistan dramı, 48 min ABŞ dolları təşkil edir. Ermənistan MTX direktoru bəyannamədə 8 milyon dramdan çox zinət əşyalarını və saatları da təqdim edib.

Kyaramyanın həyat yoldaşı Ruzanna Kyaramyan da bəyannamələr təqdim edib. 2019-cu ildə təqdim olunmuş 2018-ci il üçün bəyannamədə Argişti Kyaramyanın həyat yoldaşı 26 milyon Ermənistan dramı və 46 min ABŞ dolları barədə məlumat verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   MTX  

Ermənistan MTX-nin yeni direktorunun mülkü barədə

2020/06/55555-1593412234.jpg
Oxunub: 977     12:48     29 İyun 2020    