Xızıda 17 ədəd iriçaplı patron tapılıb

2020/06/15933-1593403562.jpg
Oxunub: 825     09:59     29 İyun 2020    
İyunun 28-də saat 16:05-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində iriçaplı patronların tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Ordu.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Xızı rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 17 ədəd 14.5 mm-lik patronlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Patronların ətrafında 100 kv.m əraziyə yerüstü, 60 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ANAMA   Xızı  

Xızıda 17 ədəd iriçaplı patron tapılıb

2020/06/15933-1593403562.jpg
Oxunub: 826     09:59     29 İyun 2020    