Ermənistan ordusunun bir hərbçisi ölüb, digəri yaralanıb

2020/06/1-105-1591190224.jpg
Oxunub: 2832     17:40     28 İyun 2020    
Bu gün saat 13:20 radələrində Ermənistan Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin 9-11 əməliyyat idarəetmə mərkəzinə məlumat daxil olub ki, Tavuş vilayətinin Berd icmasının Artsvaberd yaşayış məntəqəsinin "Taqavorants" adlanan ərazisində traktor aşıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sakinlər "DT-75" markalı traktordan sərnişin, 37 yaşlı Karen Babasyanı çıxarıblar və o, Berd tibb mərkəzinə yerləşdirilib.

Sürücü, 30 yaşlı Hakob Babasyanı isə traktordan xilasedicilər çıxarıblar və Berd tibb mərkəzinin təcili yardım avtomobilinə yerləşdiriblər.

Hər iki şəxs qeyd olunan tibb mərkəzinə yerləşdiriliblər. H. Babasyan tibb mərkəzində huşunu itirərək ölüb. Ölmüş şəxs və yaralı Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edir.

Məlumata görə, onlar doğma qardaşdırlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   ölü  

Ermənistan ordusunun bir hərbçisi ölüb, digəri yaralanıb

2020/06/1-105-1591190224.jpg
Oxunub: 2833     17:40     28 İyun 2020    