Naxçıvan hərbi şəhərciyində zabit-gizir ailələrinə yeni xidməti mənzillər təqdim edilib - VİDEO

2020/06/1593273554.jpg
Oxunub: 1856     19:57     27 İyun 2020    
26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Naxçıvan hərbi şəhərciyində zabit-gizir ailələrinə yeni xidməti mənzillər təqdim edilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Ordu.az-a bildirilib ki, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Silahlı Qüvvələr Günü və yeni xidməti mənzillərin təqdim edilməsi münasibətilə hərbi qulluqçuları və onların ailə üzvlərini təbrik edib.

General-polkovnik Kərəm Mustafayev ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı sayəsində hərbi infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, zabit-gizir ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına və səmərəli istirahətinin təşkilinə xüsusi diqqət yetirilir. Hərbçi ailələrinə yeni xidməti mənzillərin təqdim edilməsi də növbəti qayğının ifadəsidir.

Mənzillə təmin olunan zabit Emil Hüseynov 8 ildir ki, muxtar respublikada xidmət etdiyini bildirərək bu müddətdə hərbi qulluqçuların sosial-məişət şəraitinin daim diqqətdə saxlanıldığının şahidi olduğunu deyib. O vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hərbi hissələrdə xidmətin vəziyyəti, əsgərlərin məişət şəraiti və zabit-gizir ailələrinin sosial təminatı ilə maraqlanması şəxsi heyətdə vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olur. Göstərilən qayğının hərbi qulluqçuları daim həvəsləndirdiyini qeyd edən zabit Emil Hüseynov bundan sonra da nümunəvi xidmət edəcəklərinə söz verib.

Cəlilabad rayonundan olan hərbçi ailəsinin üzvü Zəhra Quluzadə Naxçıvanda yaşadıqları müddətdə onlara göstərilən dövlət qayğısından danışıb. “İstifadəmizə verilən tam təmirli mənzillər rahat yaşayışımız üçündür”, - deyən Zəhra Quluzadə yaradılan şəraitə görə hərbçi ailələri adından dövlətimizə minnətdarlıq edib.

Çıxışların ardından binaya baxış olub. Zirzəmi ilə birlikdə 4 mərtəbəli binanın birinci mərtəbəsində dərzi, ayaqqabı təmiri sexi, hərbi və qarışıq mallar mağazaları fəaliyyət göstərəcək. Fərdi qazanxana sistemi quraşdırılan binada Naxçıvan Qarnizonu Mənzil İstismar İdarəsinin bölmələri üçün iş otaqları da yaradılıb.

Binanın 2-ci, 3-cü və 4-cü mərtəbələrinin hər birində 13 mənzil olmaqla, ümumilikdə, 39 mənzilin hər biri müasir mebel dəstləri və lazımi məişət əşyaları ilə təmin olunub. Həmin mərtəbələrdə lazımi avadanlıqlarla tam təmin edilmiş mətbəx və camaşırxana yerləşir.

Mənzillərə baxış zamanı hərbi qulluqçuların və ailə üzvlərinin təəssüratları ilə maraqlanan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev yeni mənzillərin sakinlərinə uğurlar arzulayıb.

Qeyd edək ki, binada əsaslı təmir işləri aparılan zaman hərbi qulluqçuların və ailə üzvlərinin səmərəli istirahəti nəzərə alınaraq hərbi şəhərcikdə yeni istirahət parkı da salınıb. Ərazidə abadlıq işləri aparılıb, istirahət guşələri və oturacaqlar quraşdırılıb, dekorativ ağac və gül kolları əkilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Naxçıvan   Ordu  

Naxçıvan hərbi şəhərciyində zabit-gizir ailələrinə yeni xidməti mənzillər təqdim edilib - VİDEO

2020/06/1593273554.jpg
Oxunub: 1857     19:57     27 İyun 2020    