Ermənistan parlamentinin spikerinin müşaviri ordudan yayınmaq üçün dissertasiya yazır

2020/06/vahan-1593247832.jpg
Oxunub: 1667     16:29     27 İyun 2020    
Bu yaxınlarda Ermənistan parlamentinin sədrinin əmri ilə Vahan Kostanyan parlament sədrinin köməkçisi vəzifəsindən azad olunub və müşavir təyin olunub.

Bir il yarım əvvəl “Aravot.am” nəşrinə açıqlamasında Vahan Kostanyan deyib ki, Ermənistan parlamentində elmlə məşğul olacaq və müəyyənləşdirilmiş müddətdə namizədlik dissertasiyasını müdafiə etməsə, mütləq orduya gedəcək.

Ordu.az xəbər verir ki, nəşr artıq yeni vəzifədə olan Vahan Kostanyandan yenidən dissertasiya yazıb-yazmadığını, dissertasiyanın hansı mövzuda olduğunu və elmi rəhbərinin kim olduğunu soruşub.

“Dissertasiya etnik qrupa aiddir. Elmi rəhbər Vardan Voskanyandır. Planlaşdırılmış qaydada proses davam edir”, - deyə Ermənistan parlamentinin sədrinin müşaviri bildirib. Kostanyan dissertasiyanın nə zaman hazır olacağını deməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Müşavir  

Ermənistan parlamentinin spikerinin müşaviri ordudan yayınmaq üçün dissertasiya yazır

2020/06/vahan-1593247832.jpg
Oxunub: 1668     16:29     27 İyun 2020    