Donbasda Ukrayna ordusunun 1 hərbi qulluqçusu yaralanıb

2020/03/630_3-1584354173.jpg
Oxunub: 1418     12:38     27 İyun 2020    
Ukraynanın Donbas vilayətində fəaliyyət göstərən separatçı qüvvələr sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozublar.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, separatçılar atəşkəsi Minsk müqavilələri ilə qadağan edilmiş 120 mm-lik artilleriya sistemlərindən, 120 və 82 mm-lik minaatanlardan, o cümlədən müxtəlif çaplı qumbaraatanlardan, iriçaplı pulemyotlardan və kiçik silahlardan atəş açmaqla pozub.

Atəşkəsin pozulması nəticəsində Ukrayna ordusunun 1 hərbi qulluqçusu yaralanıb.

Mətbuat xidməti bildirib ki, kəşfiyyat məlumatlarına görə, atəşkəsi pozan separatçılardan üçü xəsarət alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   Donbas  

Donbasda Ukrayna ordusunun 1 hərbi qulluqçusu yaralanıb

2020/03/630_3-1584354173.jpg
Oxunub: 1419     12:38     27 İyun 2020    