CNN: ABŞ-ın Əfqanıstandan qoşunların bir hissəsini çıxarmaqla bağlı planı yekunlaşmaq üzrədir

2020/06/reu_u-1593245533.jpg
Oxunub: 1429     14:10     27 İyun 2020    
ABŞ hökumətinin Əfqanıstandakı 4000-dən çox amerikalı hərbi qulluqçunun çıxarılması ilə bağlı planı artıq yekunlaşmaq üzrədir.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı Tramp administrasiyasının iki rəsmisinə istinadən məlumat yayıb.

Qeyd edək, bir neçə gün öncə ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Kennet Makkenzi ABŞ-ın Əfqanıstandakı qoşunlarının sayını 8,600-ə endirəcəyini və Dohada imzalanan ABŞ-“Taliban” müqaviləsində göstərilən planlı geri çəkilmənin ilk mərhələsini yerinə yetirəcəyini bildirib.

Qeyd edək ki, ABŞ “Taliban”la imzaladığı müqaviləyə əsasən gələn ilin aprelinə qədər bütün qüvvələrini Əfqanıstandan çıxartmağı öhdəsinə götürüb.

Qoşunların dəqiq nə vaxt geri çəkiləcəyi barədə məlumat verilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Əfqanıstan  

CNN: ABŞ-ın Əfqanıstandan qoşunların bir hissəsini çıxarmaqla bağlı planı yekunlaşmaq üzrədir

2020/06/reu_u-1593245533.jpg
Oxunub: 1430     14:10     27 İyun 2020    