Erməni politoloq: “Paşinyan hakimiyyətinin möhkəmləndirilməsi işi ilə məşğul olmağa başlayıblar”

2019/02/56756-1549102236.jpg
Oxunub: 1449     11:09     27 İyun 2020    
“Bu gün burada və həmçinin yaxın günlərdə gözlənilən inkişafların şahidi olmağa gəlmişəm. Çünki hamınız xəbərdarsınız ki, Ermənistan parlamentində hakim əksəriyyət tərəfindən konstitusiya çevrilişi baş verib. Konstitusiya çevrilişi nəticəsində qərar qəbul olunub ki, Ermənistan Konstitusiya Məhkəməsinin üç hakimi vəzifəsindən uzaqlaşdırılmalıdır, habelə Hrayr Tovmasyan Ermənistan Konstitusiya Məhkəməsinin sədri vəzifəsini tərk etməlidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Konstitusiya Məhkəməsinin binası qarşısından öz “Facebook” səhifəsində canlı yayım zamanı erməni politoloq Hrant Melik-Şahnazaryan deyib.

Erməni politoloq qeyd edib ki, son günlərdə mövzu ilə bağlı siyasi və hüquqi müzakirələri daim izləyib, nüfuzlu hüquqşünaslar tərəfindən bu prosesin qanunsuzluğu ilə bağlı təqdim olunmuş bütün arqumentlərlə tanışdır.

“Cəmiyyəti öz evlərində əsir götürüblər və yalnız Nikol Paşinyan hakimiyyətinin möhkəmləndirilməsi işi ilə məşğul olmağa başlayıblar”, - deyə Melik-Şahnazaryan bildirib.

O qeyd edib ki, Vahe Qriqoryan Ermənistanın düymə ilə danışan hüquqşünaslarındandır, yəni sıxırlar, siyasi hakimiyyətə xoş gələn şəkildə danışmağa başlayır.

Şahnazaryanın sözlərinə görə, problem odur ki, bütün hüquqi, siyasi arqumentlər nəzərə alınmır və Ermənistan hakimiyyəti bu gün qanunla və hüququn qüvvəsi ilə yox, yalnız Ermənistan Baş naziri Nikol Paşinyanın istəkləri və göstərişləri ilə fəaliyyət göstərir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Məhkəmə  

Erməni politoloq: “Paşinyan hakimiyyətinin möhkəmləndirilməsi işi ilə məşğul olmağa başlayıblar”

2019/02/56756-1549102236.jpg
Oxunub: 1450     11:09     27 İyun 2020    