Erməni hərbi qulluqçunun anası: “Paşinyan deyir ki, indi sağ olanı həbsxanalara daxil edək, bəs işdə kim qalacaq?”

2020/06/00-13-1593239607.jpg
Oxunub: 2052     11:42     27 İyun 2020    
Ermənistan Baş naziri Nikol Paşinyan alternativ istintaq qrupunun yaradılması işlərinin detallarını müzakirə etmək üçün ölmüş hərbi qulluqçuların valideynləri ilə görüşüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qrup tərkibinə hüquqşünasların cəlb olunması işləri gedişatdadır, cinayət işlərinin araşdırma ardıcıllığı qarşılıqlı şəkildə razılaşdırılıb.

2010-cu ildə işğal altında olan Qarabağdakı qanunsuz “hərbi birləşmə”nin hərbi hissələrindən birində öldürülmüş erməni hərbi qulluqçu Valerik Muradyanın anası Nana Muradyan bildirib ki, onlar alternativ istintaq qrupunun müstəntiqlər üzərində təsirə malik olmasını istəyirlər.

“Cinayətkarlar cəzalanmalıdırlar. Biz müstəntiq Hayk Qriqoryanın cinayətkar olduğunu söylədik, buz bunu uca səslə deyirik. Paşinyan “yaxşı, analar” deyir. Əgər biz onun cinayətkar olduğunu dəqiq şəkildə biliriksə, “yaxşı, analar” nədir? Biz prokuror Artur Davtyanın cinayətkar olduğunu söyləyirik. Nikol Paşinyana deyirik, deyir ki, indi sağ olanı həbsxanalara daxil edək, bəs işdə kim qalacaq?”, - deyə Muradyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Etiraz  

Erməni hərbi qulluqçunun anası: “Paşinyan deyir ki, indi sağ olanı həbsxanalara daxil edək, bəs işdə kim qalacaq?”

2020/06/00-13-1593239607.jpg
Oxunub: 2053     11:42     27 İyun 2020    