Erməni polkovnik-leytenantın döyülməsi ilə bağlı iş prokurorluğa göndərilib

2020/02/image-1581932737.jpg
Oxunub: 1515     10:45     27 İyun 2020    
Ötən il Ermənistanın Yeğeqnadzor şəhərində amansız şəkildə döyülmüş polkovnik-leytenant Ara Mxitaryan işindən ayrılmış hissənin ilkin istintaqı başa çatıb və prokurorluğa göndərilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ara Mxitaryanın vəkili Rafayel Amirxanyan bildirib.

Amirxanyan bildirib ki, ilkin istintaqın başa çatması yalnız cinayət işi çərçivəsində əleyhinə ittiham irəli sürülən Harutyun Qriqoryan hissəsi üzrə elan olunub və bununla bağlı onlar prokurorluğa şikayət təqdim etməyə hazırlaşırlar.

“Onun qardaşı və aydınlaşdırılmamış digər şəxslər üzrə cinayət işi başa çatıb və ilkin istintaq hələ davam edir. Hesab edirik ki, işi birlikdə prokurorluğa göndərmək üçün kifayət qədər sübutlar var”, - deyə erməni vəkil bildirib.

Erməni polkovnik-leytenantın sağlamlıq vəziyyətinə toxunarkən Rafayel Amirxanyan qeyd edib ki, müsbət dinamika yoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Erməni-zabit   Döyülmə  

Erməni polkovnik-leytenantın döyülməsi ilə bağlı iş prokurorluğa göndərilib

2020/02/image-1581932737.jpg
Oxunub: 1516     10:45     27 İyun 2020    