Cənubi Koreya havadan erkən xəbərdarlıq və nəzarət təyyarələri alır

2020/06/AEWC--1593239223.jpg
Oxunub: 1488     12:57     27 İyun 2020    
Cənubi Koreyanın Silah Təchizatı Agentliyi ordunun hava nəzarət imkanlarını artırmaq səyləri çərçivəsində havadan erkən xəbərdarlıq və nəzarət (AEW & C) təyyarələri almaq niyyətindədir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu çərçivədə satınalma işlərini Cənubi Koreyanın silahların alınması üzrə məsul orqanı olan DAPA həyata keçirəcək.

Bildirilir ki, Cənubi Koreya 2027-ci ilə qədər xaricdən AEW & C təyyarələrinin tədarükü üçün 1.32 milyard ABŞ dolları vəsait ayırıb. Hal-hazırda Cənubi Koreya Silahlı Qüvvələrinin inventarında dörd ədəd “Boeing 737” AEW & C təyyarəsi var. Ordu daha iki belə təyyarə almaq niyyətindədir.

“Təyyarələrin alınması qonşu ölkələrin artan təhlükəsizlik təhdidlərinə daha yaxşı cavab vermək və mümkün boşluqları minimuma endirmək məqsədi daşıyır”, - deyə DAPA rəsmisi bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Cənubi-Koreya  

Cənubi Koreya havadan erkən xəbərdarlıq və nəzarət təyyarələri alır

2020/06/AEWC--1593239223.jpg
Oxunub: 1489     12:57     27 İyun 2020    