Putinlə Makron Liviya və digər məsələləri müzakirə ediblər

2020/06/thumb-1593238969.jpg
Oxunub: 1364     10:52     27 İyun 2020    
Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında videokonfrans formatında görüş baş tutub.

Ordu.az xəbər verir ki, Kremlin mətbuat xidməti prezidentlər arasında baş tutan görüşün təfərrüatlarını ictimaiyyətlə paylaşıb.

Bildirilir ki, görüş zamanı regional məsələlər müzakirə olunub.

“Ukrayna böhranı ilə bağlı Minsk müqavilələri və Normandiya Formatı çərçivəsində qəbul edilən qərarların yerinə yetirilməsi ilə əlaqədar narahatlıqlar ifadə edilib”, - deyə məlumatda qeyd olunub.

Putin və Makron Liviyada gedən prosesləri də müzakirə edib.

“Liviyada davam edən qarşıdurmalar səbəbiylə ortaya çıxan qarşılıqlı narahatlıqlar müzakirə olub. Tərəflər BMT Təhlükəsizlik Şurasının 2510 saylı qətnaməsinə uyğun olaraq Berlin konfransının yenidən başladılması ilə əlaqədar qəti fikir ifadə ediblər”, - deyə Kremlindən bildirib.

Rusiya və Fransa prezidentləri Suriyada mövzusu, xüsusilə İdlibdəki vəziyyətlə əlaqədar fikir mübadiləsi aparıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Fransa  

Putinlə Makron Liviya və digər məsələləri müzakirə ediblər

2020/06/thumb-1593238969.jpg
Oxunub: 1365     10:52     27 İyun 2020    