“Əsgərə xatirə kitabı” layihəsi çərçivəsində onlayn görüş keçirilib

2020/06/15931-1593179731.jpg
Oxunub: 1580     17:05     26 İyun 2020    
Artıq bir neçə ildir ki, “Əsgərə xatirə kitabı” layihəsi çərçivəsində cəbhə xəttində ictimaiyyət nümayəndələrinin iştiraki ilə görüşlərin təşkili ənənəyə çevrilib.

Ordu.az xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə onlayn formatda təşkil olunub.

Cəbhə xətti arasında təşkil edilmiş onlayn görüşdə Milli Məclisin deputatları Arzu Nağıyev, Cəbi Quliyev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev və digər şəxslər iştirak ediblər.

Layihənin rəhbəri Nuranə Şixəliyeva tədbir iştirakçılarını və xalqımızı Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümü münasibətilə təbrik edərək Vətənin müdafiəsində dayanan əsgər və zabitlərə xoş arzularını çatdırıb.

Digər çıxışlarda döyüşən ordumuza hər zaman mənəvi dəstəyin, qazilərimizə həyat eşqi aşılamağın, Vətən üçün qəhrəman oğullar böyütmüş şəhid analarının yanında olmağın vacıbliyindən danışılıb.

Cəbhə bölgəsində çalışan dövlət məmurunun, hərbi qulluqçuların, şəhid ailələrinin və qazilərin paytaxt Bakı ilə videokonfransı iştirakçılara təsirli anlar yaşadıb. Onlayn görüş düşmənin işğal siyasətinin, eləcə də başımızın üzərini almış koronavirus bəlasının sonunu gətirəcək parlaq gələcəyə qəti inam ifadəsi ilə başa çatıb.

Sonda rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov tədbir iştirakçılarını fəxri diplomla təltif edib.

“Əsgərə xatirə kitabı” layihəsinin kollektivi adından şəhid ailələrinə və qazilərə bayram sovqatı, həmçinin hərbi qulluqçulara təşəkkür plaketləri təqdim olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Xatirə-kitabı   Əsgər  

“Əsgərə xatirə kitabı” layihəsi çərçivəsində onlayn görüş keçirilib

2020/06/15931-1593179731.jpg
Oxunub: 1581     17:05     26 İyun 2020    